Əlaqə Arxiv
news Image
2019.07.11
11:25
| A A A
SON DƏQİQƏ: İran hərbi gəmiləri İngiltərə tankerinə HÜCUM ETDİ - Ordu açıqladı (YENİLƏNDİ)

ran Hörmüz boğazında İngiltərəyə aid neft tankerinin qarşısının kəsilməsi xəbərinə münasibət bildirib.

Movqe.az "Sputnik"ə istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Koprusu xəbəri təkzib edib.

“Fars” xəbər agentliyinin məlumatına görə, körfəzdə patrul xidməti göstərən Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində hər hansı bir xarici gəmi ilə qarşılaşmayıb.

​Qeyd edək ki, İngiltərə ilə İran arasında bir müddətdir tankerlərə görə gərginlik yaşanır. İngiltərə donanması ötən həftə Cəbəllütariq boğazında Suriyaya neft daşıyan İran bayraqlı “Grace 1” tankerinin girov götürülməsi məsələsinə daxil olmuşdu. Tanker Avropa İttifaqının Suriyaya tətbiq etdiyi sankisyaları pozmaqda ittiham edilirdi. İran tankerin saxlanılmasının İngiltərə üçün ağır nəticələr doğuracağını açıqlamışdı.

Sizin Reklam Yeriniz