Əlaqə Arxiv
news Image
2019.07.15
16:05
| A A A
Dövlət Sərhəd Xidməti Keçikçi dağda baş verən hadisə haqqında məlumat yayıb

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keçikçi dağda baş verən hadisə haqqında məlumat yayıb. 

Movqe.az xəbər verir ki, məlumatda deyilir: 

"14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilmişdir.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilmişdir.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­mişdir".

Sizin Reklam Yeriniz