Əlaqə Arxiv
news Image
2019.07.23
08:40
| A A A
Qrant biznesi AXCP-ni Leyla Yunus qarşısında gözükölgəli etdi
Sonuncu bu fonda yenə ağzına və ağlına gələni danışır

Bir neçə gündür ictimaiyyətin satqın kimi tanıdığı Leyla Yunus danışmağa sözü olmadığından gündəmdə qalmaq üçün başlayıb yaxın tarixdən iqtibaslar etməyə. Bu dəfə Əbülfəz Elçibəy haqda “gizli” faktları açıqlayıb. Heç demə, AXC sədri KQB agenti olub, yerlipərədt, klanbaz, əfəl, bacarıqsız, bir sözlə, satqın olub. Bu, Leyla Yunuz təfəkkürünün məhsuludur. Amma zay məhsuldur. Çünki, məhsul adına olan bu zibil yığınının başı üzərində o qədər sual dolanır ki, bunların dövriyyəsi elə Yunusun özünü fırladıb suyun dibinə çəkir.

Adamdan soruşarlar ki, əgər AXC sədri KQB agenti idisə, niyə bu təşkilata qoşulurdun? Əgər Əbülfəz Elçibəy  KQB-yə qulluq edirdisə, onda sən”demokratı” niyə özünə yaxın buraxır və məsul vəzifəyə təyin etdirirdi? Yaxşı, “xalq işi uğrunda mübarizə aparan Leyla Yunus” niyə satqınları vaxtında ifşa edib, xalqı bu bəlalardan qurtarmayıb, gözləyib aradan 30 il keçəndən, özünə xaricdə villalar alıb rahat həyat qurandan sonra “sirləri” açmağa başlayıb?

Bəlkə bu labirintdən çıxmağın ən yaxşı yolu elə L.Yunusun özünə sual etməyidir: Sən kimsən, Leyla Yunus? İnanılası deyil ki, bu sualın cavabını onun özündən yaxşı bilən olsun, amma hər bir halda cavabı tapmaq üçün İo-Kio olmağa ehtiyac yoxdur. Yunusun ictimaiyyətin bildiyi səviyyədə törətdiyi əməlləri onun özünün xarici kəşfiyyata işləməsini sübut edir.

Bəli, Leyla ağzına və ağlına gələni danışır. Və müxalifət düşərgəsində qəribə hal müşahidə olunur: Elçibəylə oturub-duranların əksəriyyəti susur. Niyə? Bəyəm siz bilmirsiniz ki, Yunus saxtakarlıq edir? 

Belə çıxır ki, bu adamları bir-birinə bağlayan hansısa tellər var. Nə? Radikalların və əksər müxalifətçilərin ümumi iş birliyi var: bu, siyasi məhbus oyunu, mühacir biznesi və qrant ortaqlığıdır. Bu camiənin bu işlərinin təfsilatını ölkədə bilməyən yoxdur. Görünür, buna görə də susurlar. Axı, Leyla Yunusun ağzının qıfılı yoxdur, axşam yuxuda nə görsə, səhərisi onu həqiqət kimi qələmə verib aləmə yayır. Hələ, ağlına gələnləri yayanda lap qiyamət olur.

Amma, yox, Əli Kərimli böyük “dəyanətlilik” göstərərək sözünü deyib. Guya, Leyla Yunusun əleyhinə gedərək, bir vaxtlar ətəyndən möhkəm yapışdığı ideya rəhbərini müdafiə edib. Əksinə, özünün piarına işləyən intonasiyada yalnız özündən danışıb.

Jurnalist Sevinc Osmanqızının “Youtube” kanalının qonağı olan Kərimli Elçibəylə bağlı Leyla Yunusun “agent”, “regionçu” kimi iftiraları ilə bağlı suala cavabını “İndi onun yeri idimi?” deyə situasiyanı qınayıb. Bu cümlə “bir güllə ilə iki dovşan vurmaq” arzusundan başqa bir şey dəyil. Yəni, birincisi, Yunus düz deyir, amma yerində demir. İkincisi, mən hər şeyin yerini bilən ağsaqqalam, müdrikəm. Bərəkallah, radikallara, elə cəbhənin dağılmasının bir səbəbi də onun üzvləırinin belə təfəkkürə malik olmaları deyildimi? O dövrün fəallarından biri yazır: “Elə bu cümlə ilə Kərimlinin çıxışının davamında nələr söyləyə biləcəyini təxmin etmək mümkün idi və bu dəfə də “Yurd” lideri Elçibəyə münasibətini yanıltmadı: “Mən Elçibəyə fanatik bağlı olmamışam. Elçibəy mənə böyük etimad göstərib. 28 yaşımda dövlət katibi olmuşam və bir çox məsələlərdə onunla razılaşmamışam. Mənim dediklərimin sübutu var və "Azadlıq" qəzetinin saylarında durur”. Bu sözlərlə Əli Kərimli hələ hakimiyyətdə təmsil olunduqları müddətdə AXC sədrinə, dövlət başçısına qarşı münasibətini ortaya qoymuş oldu. Burada Kərimli bir məsələni doğru deyir- “Azadlıq” qəzetinin səhifələri çox şeylərə şahiddir, eləcə də Əli Kərimlinin sifarişlə Elçibəyin ünvanına yazdırdığı “tənqidlərə”.

Beləcə, indi də casusluq əlamətləri radikalları tutuşdurur, halbuki onlar özlərini mübariz sayırlar. Nə deyəsən, radikalların və yunusların amacları budur.

N.NOVRUZ

Sizin Reklam Yeriniz