Əlaqə Arxiv
news Image
2019.07.25
17:38
| A A A
Prezident İlham Əliyev maldivli həmkarını təbrik edib

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti İbrahim Məhəmməd Solihi təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Maldiv xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

Sizin Reklam Yeriniz