Əlaqə Arxiv
news Image
2019.07.27
13:46
| A A A
Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycan sərhədində növbəti dəfə təxribat törədildi (FOTO)

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən Movqe.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.

Qeyd edilir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.

Sizin Reklam Yeriniz