Əlaqə Arxiv
news Image
2019.07.30
13:43
| A A A
Azərbaycan Müdafiə Nazirliyi Pakistana başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayata, Ordu komandanı general Qamar Caved Bacvaya və Federal Müdafiə naziri Pervez Xattaka başsağlığı ünvanlayıb.

Bu barədə Movqe.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Başsağlığında deyilir: “Hərbi təyyarənin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin.

Sizin Reklam Yeriniz