Əlaqə Arxiv
news Image
2013.05.22
17:50
| A A A
Azərbaycanın Təbrizdəki Baş Konsulluğu: Xalidə Xalid və Şamxal Hüseynov bizə təhvil verilməyib

Təbrizdə həbs olunan və mayın 19-da azadlığa buraxıldığı iddia edilən Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynov hələ ölkəmizin Təbrizdəki Baş Konsulluğuna təhvil verilməyib.


Bu barədə APA-ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan bildiriblər.

 

Diplomatik missiyadan qeyd olunub ki, Baş Konsulluq vətəndaşlarımızın azadlığa buraxılması ilə bağlı verilən qərara görə, İran tərəfinə öz razılığını ifadə edib və vətəndaşlarımızın qısa müddət ərzində Azərbaycan tərəfinə təhvil verilməsini gözləyir.

Sizin Reklam Yeriniz