Əlaqə Arxiv
news Image
2013.05.23
12:03
| A A A
Azərbaycanın İranla çətinlikləri yoxdur

"Azərbaycanın İranla çətinlikləri yoxdur".

Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov "Nezavisimoya Qazeta" ya müsahibəsində bildirib.

Məmmədyarov bildirib ki, Azərbaycan daim öz milli maraqlara əsaslanaraq siyasət qurmağa çalışır: "Əgər mənim İsrailə səfərim zamanı bəzi mollaların ayrı-ayrı çıxışlarını nəzərə almasaq, mən deyə bilərəm ki, bizim İranla çətinliyimiz yoxdur".

Onun sözlərinə görə, bu günlərdə onun iranlı həmkarı Əli Əkbər Salehi ilə danışığı baş tutub. Söhbət zamanı Salehi İranda prezident seçkilərindən qabaq Bakıya gəlmək istəyini ifadə edib.

Məmmədyarovun sözlərinə görə, bütün qonşularda olduğu kimi müəyyən çətinliklər olur: "Lakin biz ümumi dil tapırıq. Məsələn, bu günlərdə Tehranda saxlanılan Azərbaycan vətəndaşları azadlığa buraxılıblar".

Sizin Reklam Yeriniz