Neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adı verilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Abdurahmanov İsmət Abdurahman oğlu
İbadov Fərhad İbad oğlu
Quliyev Ağaşirin Simran oğlu.