Əlaqə Arxiv
news Image
2013.06.04
16:15
| A A A
VİP sədri Əli Əliyev Roland Kobia ilə görüşüb

Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia ilə görüşüb.


VİP mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, görüşdə əsas diqqət Azərbaycan -  Aİ münasibətlərinin mövcud durumu və perspektivi, qarşılıqlı əməkdaşlıq imkanları və Azərbaycanın Avropa məkanına inteqrasiyasına təkan verən proqramlara yönəlib. 


R.Kobia və Ə.Əliyev səmimi şəraitdə keçən görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərinə dair fikir mübadiləsi də aparıblar.


Səmimi atmosferdə keçən görüşdə Aİ-nin Azərbaycan Nümayəndəliyinin Siyasi, İqtisadiyyat, Mətbuat və İnformasiya Şöbəsinin rəhbəri Toralf Pilts və VİP Məclisinin Beynəlxalq Əlaqələr Komissiyasının sədri Fərhad Məhərrəmov da iştirak edib.

   

 


Sizin Reklam Yeriniz