Əlaqə Arxiv
news Image
2019.11.01
08:15
| A A A
“Fit müxalifəti”nin pozuculuq fəaliyyətinin sifarişi xaricdən gəlir
Amma аraqarışdıranların növbəti cəhdi də iflasa uğrayacaq

Oktyabrın 19-da radikal müxalifətin keçirdiyi icazəsiz mitinqin məqsədi və taktikası var. Jurnalistlərin əldə etdikləri səs yazıları, xarici dövlətlərin nümayəndələri ilə təmaslar, məsləhətləşmələr, mitinqdə açıq-aşkar polislə qarşıdurma yaratmaq, sabitliyi pozmaq təşkilatçıların əsas məqsədi idi. Bundan bir həftə sonra keçirilən piket də eyni məqsədi güdürdü. Eynilə ölkədə gedən islahatlara münasibət də dağıdıcılıq ruhundadır. Mövcud ictimai-siyasi prosesləri və müxalifətin son durumunu təhlil edən ekspertlər müxalifətdə ürəkaçan perspektivin olmadığını önə çəkirlər. Çünki, müxaliflər, xüsusilə də radikallar sözdə özlərini hər bir məsələdə qüsursuz saymaqları ilə deyil, əməlləri ilə qiymətləndirilirlər. Bu isə radikalların hesabına mənfi saldo yazdırıb. Bu adamlar ətraflarına ehkamçılıq ruhunda baxırlar. Daha hadisələrə reallıq baxımından yanaşmırlar. Bu isə ondan irəli gəlir ki, onlar sifariş yerinə yetirirlər.

Beləliklə, Əli Kərimlinin at oynatdığı Milli Şura indi də noyabrın 2-nə yeni mitinq “təyin” edib. Məlum məsələdir, oktyabrın 8-də, 19-da radikalların oxu daşa dəyib, qrant almaq üçün yetərli şuluqluq sala bilməyiblər. Ümid qalıb növbəti tədbirə. Amma vaxt gözləmir və görünür ki, sifarişçi bunları tələsdirir. Buna görə, ara vermədən mitinqlər keçirib şuluqluq salmaq tapşırığı həm də yeni pozuculuq taktikasıdır. 

Hakimiyyət mitinqə icazə verib. Diqqət etmək lazımdır ki, söhbət mitinqdəн gedir, daha şuluqluq salıb aranы qarışdırmaqdan yox. Əli Kərimli güruhu müxalifətin mitinq istəyini elə bir eyforiyada təbliğ edir ki, artıq siyasi təfəkkürdən uzaq adamlar qızışıb əhalini silahlı müqavimətə səsləyir. Kimə qarşı? Öz dövlətinə, öz millətinə, yaşadığı cəmiyyətə. Bu, açıq-aşkar dövlətçiliyin məhvinə çalışmaq deməkdir. Budur siiyasi mübarizə? Əli Kərimli özünü də, sözünü də itirib. Bu adam məsuliyyətsiz fəaliyyətinin nə ilə qurtaracağını düşünməyi bacarmır. Ona görə ki, tərəfdarları ölkədə silahlı qiyam qaldırmağa çalışırlar. Düzdür, bu adamların çağırışları onların cinayətini sübut etməklə yollarını qazamatlara yönləndirir. Lakin bütün enerjini belə absurd fəaliyyətə yönləndirmək siyasi mübarizə deyil axı. Ölkəni geri salan, quruculuq işlərini ləngitməyə hesablanmış addımlardır.

Əli Kərimli yenə Lökbatanı bəyənmir. Çünki, özünə, başçılıq etdiyi təşkilata, xalqın onu dəstəkləyəcəyinə ümidi yoxdur. Olsa idi, Lökbatan nədir, Qobustana da salsalar, qəbul edib, gedib mitinqini keçirərdi. Axı, bu mitinq, toplantı və sairə şərti məsələdir. Əsas məsələ orada deyilən söz və onun müdafiə edilməsidir. Şükürlər olsun ki, indi Azərbaycanın harasında olur-olsun deyilən bir kəlmə ani olaraq nəinki respublika ərazisində, hətta bütün dünyada yayılır. Amma Əli Kərimlinin sözünü kim müdafiə edir ki, o da çıxıb kütlə qarşısında çıxış etsin.  Yəni, radikallar hörmətdən düşdüklərini çoxdan anlayıblar və bu səbəbdən rahat məkanlarda şəffaf mitinq keçirməyi düşünmürlər. Yoxsa, birdəfəlik iflasa uğrayarlar. Bu ilin bütün mitinqlərində radikallar nə istədiklərini aydın izah edə bilməyiblər. Görək, budəfəki necə qurtaracaq. Açığı, müsbət bit nəticə gözləməyinə dəyməz.

N.NOVRUZ

Sizin Reklam Yeriniz