Əlaqə Arxiv
news Image
2012.05.08
11:32
| A A A
İsraildə “yeni koalisiya hökuməti”

Mövqe.az  BBC-yə istinadən xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahunun yeni bir koalisiya hökuməti mövzusunda müxalifətlə razılaşdığı bildirilib.

İsrail mediasından gələn xəbərə görə, koalisiya Netanyahunun Likud Partiyası və müxalifətdəki Kadima Partiyasından ibarət olacaq.

"Associated Press" Xəbər Agentliyi, İsrailin Respublika başçısı Şimon Peresin razılaşma ilə bağlı məlumatlandırıldığını bildirirb.

İsrail mediasına görə, dinc yəhudilərin məcburi əsgərlik etməməsini nəzərdə tutan Tal qanununun dəyişikliyi qarşılığında Kadima Netanyahuya dəstək olacaq.

Bundan əlavə razılaşmada, Kadima lideri Şaul Mofazın baş nazir köməkçisi olmasının nəzərdə tutulduğu da ifadə olunub.

Netanyahunun mövcud hökumətinin gələcək ilin oktyabr ayına qədər iqtidarda qalması planlaşdırılırdı.

İsrail Baş naziri kiçik koalisiyalarla çıxan anlaşılmazlıqlar səbəbi ilə dünən sentyabr ayında keçiriləcəyi nəzərdə tutulan erkən seçki çağırışı etdi.


Ziba Yusifova

Movqe.Az


Sizin Reklam Yeriniz