Əlaqə Arxiv
news Image
2013.06.05
16:30
| A A A
Xalidə Xalid: “Azərbaycanın İrandakı səfirliyindəyik, yaxın günlərdə qayıdacağıq”

Aprelin 30-dan Şamxal Hüseynovla birlikdə İranda saxlanılan AMEA-nın elmi işçisi Xalidə Xalid ailəsinə zəng edib.


Bu barədə APA-ya X. Xalidin oğlu Xalid Məmmədli deyib. Onun sözlərinə görə, anası hazırda Azərbaycanın İrandakı səfirliyində olduqlarını deyib: "Anam çox danışa bilmədiyini, hər şeyin yaxşı olduğunu, narahat olmamağımızı dedi, yaxın günlərdə qayıdacaqlarını bildirdi".

 

Qeyd edək ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

 

Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə iyunun 3-də təhvil veriliblər.


Sizin Reklam Yeriniz