Əlaqə Arxiv
news Image
2019.11.14
08:41
| A A A
Antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə
Mais Səfərli: “Müxalifətin yaramaz xislətli fəaliyyəti onların normal siyasi fəaliyyət aparmaması, fəaliyyətlərini qarayaxma və ölkədə hərc-mərcliyin olması üzərində qurmalarından irəli gəlir”

“O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir».

Prezident İlham Əliyev bu sözləri İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən çıxışında deyib.

Prezident bildirib: “Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin»

Bəs, müxalifətin belə yaramaz xislətinə səbəb nədir? Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, radikal müxalifətin dövlət məmurlarına qarşı əsassız ittihamlarla çıxış etməsi, belə yaramazlıqlara yol vermələrinin kökündə onların dövlətçiliyə, xalqa xidmətə zidd olan siyasətləri, fəaliyyətləri dayanır: “Radikal müxalifət doğrudan da acınacaqlı durumdadır. Əslində, onlar sivil müxalifət fəaliyyətilə məşğul olmurlar.

Siyasi nəzəriyyələrdə göstərildiyi kimi müxalifətçilik hakim kursu paylaşmayan  qüvvələrin ona alternativlər təklif etməsindən ibarətdir. Həmçinin, bütün digər siyasi qüvvələr kimi müxalifət də hakimiyyətə gəlmək üçün mövcud qanun və Konstitusiyada imkan verilən yollardan istifadə etməklə seçkilərdə fəal iştirak etməli və dinc mübarizə yolunu seçməlidirlər. Ancaq radikal müxalifətdəki bir çox siyasi qüvvələrin işləri peşələri yalnız və yalnız cənab Prezidentin gördüyü möhtəşəm işlərə qara yaxmaqdan ibarətdir. Hətta bu zaman həmin qüvvələr təəssüf ki, dövlətimizin beynəlxalq müstəvidə imicinin korlanmasına da qol qoyurlar. Əl-ayağa dolaşan,  ölkədə qarışıqlıq salmaq istəyən, sabitliyi pozmağa cəhd göstərən, heç nəyi bəyənməmələrilə yanaşı, ona alternativ heç nə təklif etməyən radikal müxalifət bu səbəbdən də uzun illərdir müxalifətdə qalmaqda davam edir. Bütün mərhələdə keçirilən seçkiləri də uduza-uduza gəlirlər. Çünki belə müxalifəti cəmiyyət də dəstəkləmir.

Müxalifətin yaramaz xislətinə səbəb onların normal siyasi fəaliyyət aparmamaları, öz fəaliyyətlərini qara yaxma və ölkədə hərc-mərcliyin olması üzərində qurmalarından irəli gəlir. Məhz bu səbəbdən radikal müxalifət düşərgəsində yer alan siyasi təşkilatlarına rtıq strukturları demək olar ki, tamamilə dağılıb. Bu partiyaların rayon təşkilatları demək olar ki, yox dərəcəsindədir.  Qalan qüvvələr də aldadılan, liderlərə yaxın qohumluğu ilə seçilən az saylı insanlardan ibarətdir. Onların keçirdikləri kütləvi aksiyalar da bunu əyani şəkildə göstərir. Bu qüvvələr siyasi arenada qalıb fəaliyyət göstərmək istəyirsə, siyasi nəzəriyyələrdə göstərildiyi kimi fəaliyyət göstərməlidirlər. Bunun üçün də ilk növbədə öz siyasi təşkilatlarında yenidənqurma işləri aparmalı, demokratik ölkənin ruhuna uyğun bir siyasi təşkilat yaratmalıdırlar. Yəni ilk növbədə öz təşkilatlarında demokratiyanı təmin etməlidirlər. Əslində isə radikal müxalifət təşkilatlarında demokratik dəyərlərdən əsas-əlamət yoxdur.  Partiyanın rəhbərliyində kim dayanırsa, onun sözü hamı üçün hökm hesab edilir. Bunun isə demokratik dəyərlərə heç bir aydiyyatı yoxdur.

Radikal müxalifətin fiaskoya uğramasının başlıca səbəbində məhz özlərinin fəaliyyətsizliyi, xalqın, dövlətin maraqları naminə deyil, özlərinin kooperativ manarları və xaricdəki hamilərinin göstərişilə hərəkət etmələri kimi çirkinliklər dayanır.

Azərbaycan  Prezidenti Azərbaycanı daim irəliyə, inkişafa doğru aparır. Ona görə də xalq onu dəstəkləyir. Belədə cəmiyyət qara qüvvələrin çirkin niyyətlərinə də fikir vermir. Azərbaycanı sevməyən bu qüvvələrin arzusu ürəklərində qalacaq. Azərbaycanı getdiyi inkişaf yolundan sapdırmaq mümkün olmayacaq”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz