Əlaqə Arxiv
news Image
2013.06.07
16:07
| A A A
Baş Prokuror Zakir Qaralov Qubada vətəndaşları qəbul edir...

Azərbaycanın baş prokuroru  bu gün Qubada şimal bölgəsinin Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan vətəndaşların qəbulunu keçirir. Mövqe.az-ın məlumatına görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbul zamanı isə Z. Qaralov vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

 

Günorta saatlarınadək qəbul edilən vətəndaşın müraciətlərinin böyük əksəriyyəti  yerindəcə öz həllini tapıb.

 

Baş prokuror tərəfindən vətəndaşların qəbulu günün sonunadək  davam etdiriləcək.

 

Sizin Reklam Yeriniz