Əlaqə Arxiv
news Image
2019.11.25
18:21
| A A A
Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunan səfiri Zakari Qrosu qəbul edib.

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Səfir Zakari Qros diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Zakari Qrosa diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Sizin Reklam Yeriniz