Əlaqə Arxiv
news Image
2013.06.07
18:02
| A A A
"Əminliklə deyə bilərəm ki, "Milli Şura" yaxın günlərdə dağılacaq"

"Yeni Azərbaycan Partiyasının bu gün baş tutan V qurultayı gözlənilən səviyyədə keçdi. Möhtərəm prezident İlham Əliyevin səmimi, içdən gələn çıxışı çox yüksək səviyyədə idi. Ümumilikdə, qurultayın işinin ardıcıl şəkildə təşkil olunması təqdirəlayiq hal idi". Bu fikirləri SİA-ya açıqlamasında Partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı YAP-ın V qurultayı ilə bağlı fikirlərini bölüşərkən deyib.


Onun sözlərinə görə, prezident çıxışında xalqa və müxalifətə lazımi mesajlarını çatdırdı: "Ən böyük mesajı isə o oldu ki, YAP təkcə seçkilərdə deyil, eləcə də xalqın taleyində məsuliyyət daşıyır. Bu da bizim bir daha xalqın xidmətçisi olduğumuzu xatırlatdı. Prezident İlham Əliyev qurultayda çıxışı zamanı müxalifətə qarşı qəti fikirlərini səsləndirdi".


Müxalifətin Azərbaycanın milli maraq və dövlətçiliyinə xidmət etmədiyini deyən təşkilat sədri bildirib ki, "Milli Şura"da təmsil olunanların əksəriyyəti heç öz ana dillərində danışa bilmir: "Onlar hakimiyyətə gəlmək üçün hər cür yola əl atırlar".


"Milli Şura"nın bu gün keçirilən təsis konfransına münasibət bildirən millət vəkili: "Sonra da deyirlər ki, Azərbaycanda heç bir demokratiya yoxdur. Əgər bizdə demokratiya olmasa idi, o zaman gedib onların iclaslarını dağıda bilərdik. Bütün bunlara baxmayaraq, əminliklə deyə bilərəm ki, həmin qurum yaxın günlərdə dağılacaq. Çünki orada hər kəsin öz maraq və iddiası var. Təbii ki, siyasətdə fərdi yox, ümumi maraq və iddialar ortaya qoyulmalıdır. Belə olmadığı təqdirdə, heç bir siyasət uğur qazana bilməz. Onların irəli sürdüyü namizədlər belə, müvəqqəti xarakter daşıyır", -sözlərinə əlavə edib.

Sizin Reklam Yeriniz