Əlaqə Arxiv
news Image
2019.11.28
15:08
| A A A
Əli Əhmədov: "Parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik" - YENİLƏNİB

"YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın".

Mövqe.az xəbər verir ki, bunu partiyanın sədr müavini - icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

"Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik", - Ə.Əhmədov əlavə edib.

*** 15:01

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi Əli Əhmədovun iştirakı ilə mətbuat konfransı keçirilir.

Mövqe.az xəbər verir ki, mətbuat konfransı YAP-ın Siyasi Şurasının bugünkü iclasına həsr olunub.

Mətbuat konfransında YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edir.

Qeyd edək ki, YAP-ın Siyasi Şurasının bu gün keçirilən iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməsi tövsiyə olunub.

Sizin Reklam Yeriniz