Azərbaycan hərbçiləri iyun ayında bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, iyun ayının 12-dən 14-dək İsveçin Balsta şəhərində "Viking 2014" Komanda Qərargah təliminin əsas planlaşdırma konfransı təşkil ediləcək.
İyunun 12-dən 15-dək isə Azərbaycanın hərbi həkimləri İspaniyada, Madriddə "Avropa revmatoloqları" konqresində iştirak edəcəklər.
Bundan əlavə, Azərbaycan hərbçilərin bu ayın 17-dən 28-dək İsveçrənin Adermat şəhərində Yay dağ təlimi üzrə təməl kursunda, iyunun 20-də isə Belçikanın paytaxtı Brüsseldə FTƏP üzrə qiymətləndirmə görüşündə və iyunun 20-21-i tarixlərində isə Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək çavuşlar üçün tədris planının təsdiq edilməsi üzrə bağlanış plenar sessiyasında iştirak edəcəklə