AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayır
Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrexin Azərbaycana səfəri başlayır. Mövqe.az-ın məlumatına görə, iyunun 14-nə kimi davam edəcək səfər zamanı həmməruzəçilər Milli Məclisin sədri, daxili işlər naziri, ədliyyə naziri, parlamentdə təmsil olunan siyasi partiyaların təmsilçiləri, MSK sədri, Ali Məhkəmənin sədri, baş prokurorla görüşləri nəzərdə tutulur.
İyunun 13-də isə Bakıda səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcəklər.