Əlaqə Arxiv
news Image
2019.12.03
09:35
| A A A
KTMT-də Ermənistanı saya salan yoxdur
Məhəmməd Əsədullazadə: “Bişkekdə verilən bəyanatlar Paşinyanın isterikaya düşməsi və narahatlığından qaynaqlanır”

Ermənistan baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Bişkekdə keçirilən iclasında da öz ənənəvi ampluasına sadiq qalaraq Azərbaycana qarşı populist çıxışlarl ilə yadda qalıb. Belə ki, ənənəvi tülkü cildinə girməklə Paşinyan Dağlıq Qarabağ prosesində sülh danışıqlarına və problemin dinc yolla həllinə alternativin olmadığını bildirib: “Bu münaqişə ətrafında yaranacaq eskalasiya Cənubi Qafqazın hüdudlarından kənara çıxacaq”.

Paşinyan toplantıda Azərbaycana silah satan Rusiya, Belarus kimi ölkələrin “bostanına daş atmağı da unutmayıb: “Təşkilat Qarabağda yeni hərbi eskalasiyanı önləmək üçün bütün imkanlara malikdir və bundan ötrü Azərbaycanın silah sifarişlərini cavabsız qoymaq kifayətdir”.

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistan baş naziri barədə artıq beynəlxalq müstəvidə qeyri-ciddi adam imici formalaşıb: “Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq təşkilatlarda Dağlıq Qarabağdan danışanda daima qeyri-ciddi arqumetlər səsləndirməklə yadda qalıb. Bu da onun nə qədər qeyri-obyektiv olduğunun beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyinin göstəricisidir.

KTMT regional təşkilat olmasına baxmayaraq, postsovet məkanda maraqlı təşkilatdır. Bu təşkilat daxilində baş verənləri təbii ki, Azərbaycan da yaxından izləyir. Hesab edirəm ki, Ermənistanın KTMT-dəki mövqeyi, Paşinyanın açıqlamaları üzv dövlətlər tərəfindən qeyri-obyektiv şəkildə qarşılanır. Paşinyan Bişkekdə də belə bir arqument və durumla qarşılaşdı. Paşinyanın Bişkekdə Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər təbii ki, bu müstəvidə quruma üzv digər dövlətlər tərəfindən qeyri-ciddi və gülünc obyekti olaraq qarşılandı. KTMT üzvləri arasında Belarusla Kazaxıstan Azərbaycana daha yaxınddır. Bu ölkələrin Azərbaycanla sıx əməkdaşlığı formalaşıb.  Paşinyan Bişkek toplantısında Azərbaycan əleyhinə fikirlər səsləndirməklə düşünüb ki, quruma üzv ölkələri həmin məsələdə müəyyən mövqe tutmağa sövq edə bilər. Amma göründüyü kimi, Rusiya, Belarus, Kazaxıstan, Qırğızıstan Ermənistanın belə qeyri-obyektiv yanaşmasına əhəmiyyət vermədilər”.

Politoloq qeyd etdi ki, Bişkekdə Paşinyanın sərsəm fikirləri fonunda onun yenidən gülünc duruma düşməsi beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin daha qabarıq şəkildə müdafiə olunmasının nəticəsidir: “Münaqişənin həllində Azərbaycanı dəstəkləyən dövlətlərin sayı daha da artır. Hesab edirəm ki, bu fonda Bişkek sammitindən sonra Paşinyanın belə qeyri-adekvat çıxışları olmaya da bilər. Çünki onun Avropa və KTMT-də verdiyi açıqlamalar bir daha göstərdi ki, dünya ölkələri Paşinyanın həmin sərsəm mövqeyini müdafiə etmir.  Yaranmış vəziyyət onu göstərir ki, KTMT-də Ermənistanla müqayisədə, ona üzv  olmayan Azərbaycanın sözü daha çox eşidilir.  Paşinyan belə açıqlamaları ilə çalışır ki, münaqişənin çözülməsinə KTMT-ni cəlb etsin ki, hər hansı təxribat yaranan kimi onu prosesə qoşsun. Ancaq Qarabağ münaqişəsi KTMT-nin nizamnaməsinə dəxli olmayan bir münaqişədir, çünki burada işğal faktoru var. Hətta münaqişə başlasa bu Azərbaycanın ərazisi daxilində baş verəcək. yaranmış vəziyyət, KTMT üzvlərinin İrəvanı deyil, Azərbaycanı müdafiə etməsi fonunda Paşinyan isterikaya düşüb. Yəni müttəfiq olan dövlətlərin Azərbaycanı müdafiə etmələri Paşinyanı qıcıqıandırır”.

M. Əsədullayevin fikrincə, yaranmış vəziyyət Paşinyanın isterikaya düşməsinin nəticəsidir: “Hesab edirəm ki, Bişkekdə verilən bəyanatlar Paşinyanın isterikaya düşməsi və narahatlığından qaynaqlanır. İrəvanın nə deməsindən asılı olmayaraq Belarus və Rusiya Azərbaycana silah ixracını daha da artıracaq. Ümumiyyətlə, regionda geosiyasi vəziyyət dəyişir. Ermənistan da bunun fərqindədir.  Paşinyanın verdiyi bəyanatlara baxmayaraq, Azərbaycana dəstək verən ölkələrin sayı daim artır. Ermənistan isə bu müstəvidə daha dərin izolyasiyaya düşür. Məhz İrəvanın KTMT-dəki müttəfiqlərindən lazımi dəstək ala bilməməsi Paşinyanın bu cür qeyri-adekvat açıqlamalar səsləndirməsinə gətirib çıxarıb. Paşinyan Azərbaycana qarşı şantaj və böhtan atmaq yolunu tutub. Yaranmış vəziyyətdə Ermənistanın KTMT çərçivəsində belə mövqeyi yaxın dövrlərdə daha da zəifləyəcək. Azərbaycanın mövqeyi isə üzv olmasa da belə, həmin qurumda daha da yüksələcək. Belədə Ermənistan üzərində Azərbaycanın siyasi təzyiq rıçaqları daha da artacaq”.

Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz