Əlaqə Arxiv
news Image
2019.12.05
08:50
| A A A
Azərbaycan-Rusiya münasibətləri Ermənistanda yeni ajiotaj yaratdı
İrəvan starteqləri Kreml siyasətçiləri hesabına əldə etdiklərini itirməkdən möhkəm qorxuya düşüblər

Son illər beynəlxalq siyasətdə Azərbaycanın qazandığı uğurlar düşmən ölkədə növbəti ajiotaj yaradıb. İndiyədək öz əməkləri və ya siyasətləri ilə heç nə qazana bilməyən, amma müxtəlif yollarla başqaları hesabına dövləıt əldə edən, sonradan isə qonşuları hesabına bu dövləti böyütməyə çalışan ermənilərin quyruğu qapı arasındadır. Çünki, onların düşündükləri kimi beynəlxalq siyasət heç də həmişə onların mənafeyinə işləyə bilməzdi.

Hər dövrün bir tələbatı, gərdişi var. Müdriklər deyir ki, "heç vaxt rəqibini özündən zəif sayma". Amma ermənilərin sanki bu məsəldən xəbərləri olmayıb. İndi onların özlərinə düşmən hesab etdikləri Azərbaycan güclənib, regionda söz sahibi olub, Cənubi Qafqazın lideri kimi bu ərazisə bütün ictimai-siyasi və iqtisadi layihələr onun iradəsi və yardımı ilə reallaşır.

İqtisadi və siyasi nailiyyətlər Azərbaycana olan beynəlxalq güvənliyi artırır və onunla əlaqələr qurmağa can atan dövlətlərin sayı durmadan çoxalır. Heç sözsüz ki, ilk növbədə Qarabağ münaqişəsinin həlli yoluna yönəlmiş diplomatik gedişlər edilir və bu istiqamətdə atılan hər bir addım Ermənistanın diplomatik fəaliyyətində zəlzələ effekti doğurur. Çünki, nə qədər "Qarabag bizimdir" desələr də tarixi faktlar mövcuddur və erməni tarixçilər və siyasətçilər anlayırlar ki, gec-tez Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Lakin erməni millətçiləri təcavüzkar siyasətlərini davam etdirir və siyasi hakimiyyət də bu yolla öz yerini möhkəmləndirməyə çalışır.

Ermənistanda, hansı məntiqlə düşünürlər, məlum deyil, amma məlum olan budur ki, Kremlin yardımı ilə Qarabağı işğal etməklərinə baxmayaraq indi bunu öz gücləri kimi təqdim edirlər. Ancaq bilirlər ki, faktlar arxivlərdə yatır və hər zaman onların əleyhinə istifadə edilə bilər. Buna görə də Rusiyadan uzaqlaşmaqla özlərinə daha müvafiq güvənc yeri axtarır və bu yeri Qərbin qucağında təsəvvür edirlər. Başqa sözlə, erməni ağlı düşnür ki, Rusiyadan lazımınca istifadə edib dövlətlərini qurublar, indi də onun sərhədlərini böyütmək üçün başqa "ağılsızlardan" istifadə etmək lazımdır. Ancaq faşist xislətli təcavüzkarlar yanılırlar. Çünki, siyasətdən başları çıxmır və anlaya bilmirlər ki, nə Rusiya, nə də qeyri bir dövlət öz yaratdıqlarını özbaşına buraxa bilməzlər. Bu, siyasətin və tarixin qanunudur.

Bu tərəfdən də Rusiya və Azərbaycan arasında münasibətlərin sürətlə yüksəlməsi və iki dövlətin bütün istiqamətlərdə möhkəm tərəfdaşlığın yaranması erməniləri həm qısqandırır, həm də qeyzləndirir. Çünki, haqq-ədalətin bərpası gününün yaxınlaşdığını hiss edirlər. Bu səbəbdən fikirləşib sülhpərvər yol tapmaq əvəzində yenə də ermənilər böhtana, nifrətə güc verirlər. Bu günlərdə erməni mətbuatının səhifələri Azərbaycana və Rusiyaya qarşı yönəlmiş materiallarla yenidən dolmağa başlayıb.

Yazar Qalust Qriqoryan Putin haqıında danışaraq onun Saakaşviliyə münasibətdə ermənilərlə daha incə rəftar etdiyini bildirir. Məsələ burasındadır ki, Ermənistanın hazırkı vəziyyəti barədə erməni mətbuatında ikitirəlik yaranıb. Bəzi KİV-lər, məsələn, "lragir.am" saytı Paşinyan hökumətinin Azərbaycanın siyasətinə təsir etmək gücündə olduğunu təbliğ edir. Bəzi saytlar isə buna istehza ilə yanaşırlar. Amma hər iki tərəf Azərbaycan Rusiya ilə yaxınlaşmasını özlərinə təhdid kimi görür. Qriqoryan yazır ki, Ermənistanın güclü xarici təsir altında olduğu bir vaxtda bu cür mesajlar qəribə səslənir.

Lakin müəllif öz amplualarına sadiq qalaraq Azərbaycanın gücünü görməzliyə vurur və ölkəmizin əli ilə Putinin Ermənistan hakimiyyətini vurmaq planı barədə xəyallara qapılır. Halbuki Bakının İrəvanı diz üstə çökdürməsi üçün Putin planına ehtiyac yoxdur. Sadəcə, əlverişli siyasi situasiya yaranması gözlənilir  Erməni siyasi ekspertlər bildirir ki, əgər rus hərbi bazası Ermənistandan çıxarılsa Azərbaycan iki saat sonra düşmən ölkənin paytaxtında əyləşər. Belə olan halda Putinin nəyinə gərəkdir Azərbaycanın imkanından istifadə etsin. Üstəlik də Azərbaycanda rus əsgəri yoxdur və torpaqlarımızı qaytarandan sonra da belə qalacaq. O ki qaldı torpaqların işğaldan azad edilməsinə, bu işdə heç bir hərbi baza Azərbaycanı niyyətindən yayındıra bilməz. Çünki, ölkəmizin azadlıq mübarizəsinin tərkibinə ərazi bütövlüyü daxildir ki, bu da bütün beynəlxaql təşkilatlar və dövlətlər, beynəlxalq hüquq və normalar tərəfindən təsdiq olunub. Yaxşı olar ki, ermənilər öz qarşılaşdıqları problemlərin kökünü öz siyasətlərində və işğal cinayətlərində axtarsınlar.

N.NOVRUZ      

Sizin Reklam Yeriniz