Əlaqə Arxiv
news Image
2013.06.14
11:42
| A A A
Peru parlamentində Xocalı soyqırımını tanıyan qərar qəbul olunub

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qərarda deyilir: "1987-ci ilin sonlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son mərhələsi başlamışdır. Xankəndidəki azərbaycanlılara qarşı ermənilər tərəfindən hücumlar daha da kəskinləşmişdir. 1988-ci və 1989-cu illərdə ermənilərin hücumlarının sayının artması və sonrakı illərdə keçmiş SSRİ-də siyasi sabitliyin olmaması yüz minlərlə azərbaycanlının deportasiyasının əsas səbəbi idi.1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli qətliam törədilmişdir. Qətliam nəticəsində qadın və uşaqlarda daxil olmaqla 613 dinc sakin öldürülmüş, 1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüş, 487 nəfər əlil olmuş, 26 uşağın hər iki, 130 uşağın isə bir valideyni qətlə yetirilmişdir.

Soyqırımı kimi qiymətləndirilən və tam şəkildə sənədləşdirilmiş bu hücumun ardınca Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmuşdur".


Qərarda BMT Təhlükəsizlik Şurası tərəfindən bu münaqişə ilə bağlı dörd qətnamənin qəbul olunduğu vurğulanır. Həmçinin qeyd edilir ki, bu qətnamələrlə BMT-nin Təhlükəsizlik Şurası suverenliyə hörmət, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin pozulmazlığı prinsiplərini bir daha təsdiq edib.


Qəbul olunmuş qərarda münaqişə nəticəsində Azərbaycan Respublikasına on milyardlarla dollar məbləğində ziyanın dəyməsi barədə məlumat da əksini tapıb. Sənəddə qeyd olunur ki, ATƏT-in Budapeşt Zirvə toplantısının qərarına əsasən, 1994-cü il mayın 12-də atəşkəs elan edilsə də, onun pozulması halları davam etməkdədir. Belə hallar 2003-cü ildən bəri daha da kəskinləşib.

Sonda Xarici Məsələlər Komissiyası Konqresin plenar iclasına aşağıdakıları təklif edib:

1. Ermənistan və Azərbaycan xalqlarının suverenliyinə tam hörmətini ifadə edərək Peru Respublikasının Konqresi bu ölkələrin hökumətlərini münaqişəyə son qoymaq məqsədi ilə özlərinin uyğun hesab etdikləri formatda və mümkün olan ən qısa müddətdə razılaşma əldə etməyə çağırır.


2. Xocalı qətliamının nümunəsində münaqişə qurbanlarına edilmiş ədalətsizliyin hələ də aradan qaldırılmadığını xatırlayaraq biz bəyan etməliyik ki, xalqlararası əlaqələrin möhkəmlənməsinə töhfə verəcək mümkün tədbirlər istənilən sülh razılaşmasının əsas elementi olmalıdır.


 


Sizin Reklam Yeriniz