Əlaqə Arxiv
news Image
2013.06.18
18:45
| A A A
Elmar Məmmədyarov BMT BA-nın Prezidentini qəbul edib

Cari ilin 18 iyun tarixində xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının Prezidenti Vuk Yeremiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

 

Mövqe.az-ın məlumatına görə, görüşdə Azərbaycanla BMT arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə olunmuş və əldə edilmiş uğurlardan məmnunluq ifadə edilib. 

 

BMT Baş Assambleyasının Prezidenti Vuk Yeremiçin Azərbaycanın BMT TŞ-də rolunu yüksək qiymətləndirib və ölkəmizin bu istiqamətdə fəaliyyətini alqışladığını diqqətə çatdırıb.  

 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh prosesinin cari vəziyyəti haqqında məlumat vermiş və ölkəmizin bu məsələdə mövqeyini rəsmi qonağın diqqətinə çatdırıb. Nazir nizamlanma prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu qeyd edib və sülh prosesinin irəliləməsi üçün ilk öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini bəyan edib. 

Sizin Reklam Yeriniz