Əlaqə Arxiv
news Image
2013.06.19
11:07
| A A A
Səfir: Tehran-Bakı münasibətləri gələcəkdə çox parlaq olacaq

İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin beynəlxalq münasibətlərlə bağlı bəyanatını şərh edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Tehran-Bakı münasibətlərini "gələcəkdə çox parlaq" qiymətləndirib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.


IRNA agentliyinə müsahibə verən səfir bildirib: Ruhani həm seçki kampaniyası zamanı, həm də mətbuat konfransında öz hökumətinin xarici siyasətində strateji qonşulara, o cümlədən Azərbaycana xüsusi əhəmiyyət verdiyini bildirib və bu, İranın yeni hökumətinin xarici siyasətində öz yerini saxlayacaq".


Pakayin qeyd edib ki, Azərbaycanın müstəqilliyə qovuşmasından etibarən iki ölkə arasında münasibətlər hər zaman genişlənib: "Tarixi, mədəni və dini baxımdan çox yaxın bağlılığı olan İran-Azərbaycan münasibətləri, həmçinin iki ölkə arasında uzun sərhədlər və qarşılıqlı maraqlar əslində strateji əhəmiyyət daşıyır".

İranın gələcək hökumətinin rolunu şərh edən səfir təsdiq edib ki, Qarabağ problemi regional təhlükəsizliyə toxunub. Ermənistan-Azərbaycan cəhbə xətti zonasının bilavasitə yaxınlığında yerləşən İran, təbii ki, bu məsələyə daha həssas yanaşır.


Pakayin deyib: "Bu həssas regionda düşmənçiliyin davam etməsi və istənilən müharibə İrana mənfi təsir göstərəcək. Buna görə də biz bu münaqişənin təzliklə sülh yolu ilə həll olunmasını arzulayırıq".

İran səfiri qeyd edib ki, beləliklə, Tehran keçmiş təcrübəsindən və onun beynəlxalq arenadakı statusundan istifadə etməklə öz köməyini təqdim etməyə hazırdır: "Qarabağ probleminin həlli çox uzadıldı və hesab edirik ki, bu, regionun maraqlarına daxil deyil.


Pakayin əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi region ölkələrinin iqtisadi inkişafı üçün, qonşu ölkələr, Azərbaycan və Ermənistan üçün ciddi çağırış ola bilər.


O deyib: "Minsk qrupu və Avropa, eləcə də qrupun üzvü olan, Yaxın Şərq, Əfqanıstan, İraq, Suriya kimi problemlərin həllinə cəlb olunmuş güclü regional ölkələr bu münaqişənin həlli üçün güclü stimul nümayiş etdirə bilmirlər və beləliklə, Qarabağ məsələsi onlar üçün adi problemdir".


Pakayin sonda qeyd edib: "Biz düşünürük ki, bu münaqişə yalnız vasitəçilik və region ölkələrinin köməyi ilə həll oluna bilər".

Sizin Reklam Yeriniz