Əlaqə Arxiv
news Image
2013.06.21
18:17
| A A A
"Emənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”

"Azərbaycanın qarşılaşdığı təcavüzün nəticələrinin aradan qaldırılması üçün tələb olunan böyük maliyyə vəsaiti BMT-nin qlobal çağırışlarına daha çox töhfə vermək imkanlarımızı məhdudlaşdırır". Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrə həsr olunmuş müzakirələrdə çıxışı zamanı deyib.


PA rəhbəri qeyd edib ki, BMT-nin Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsinə dair 4 qətnaməsi hələ də icra edilməyib: "Həmsədr ölkələrin prezidentlərinin son bəyanatı yenilənən Mardid prinsiplərindən kənara çıxmır. Ermənistan BMT-nin qətnamələrinə məhəl qoymur. Ermənistan hakimiyyətinin bugünkü siyasəti regionda vəziyyəti gərginləşdirir".


R.Mehdiyev qeyd edib ki, Ermənistanın inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var. Status-kvonun davam etməsi isə onları böyük regional layihələrdən kənarda saxlayır. "Emənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və bu işğal onun tənəzzülünü daha sürətləndirir. Ermənistan rəhbərliyi başa düşməlidir ki, zaman onların xeyrinə işləmir".


Onun sözlərinə görə, BMT bu həqiqəti nəzərə almalı və Cənubi Qafqazın Davamlı İnkişafı naminə işğalçıları Azərbaycan torpaqlarından çıxarılmasını, özünün qətnamələrinin təmin olunması üçün həlledici sözünü deməlidir.


Sizin Reklam Yeriniz