Əlaqə Arxiv
news Image
2013.06.24
12:18
| A A A
Serj Sarqsyan və Nikoloy Patruşev Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiyanın Milli Təhlükəsizlik Şurasının katibi Nikoloy Patruşev öz erməni həmkarı Artur Baqdasaryanın dəvəti ilə Yerevanda üçgünlük rəsmi səfərdədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Armenia Today" xəbər yayıb.


Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir: "Ermənistan prezidenti Serj Sarqsyanın Rusiya Təhlükəsizlik Şurasının katibi Nikoloy Patuşevlə baş tutan görüşündə "strateji müttəfiq olan iki dövlətin qarşılıqlı fəaliyyət məsələləri geniş müzakirə olunub".


Tərəflər regional hadisələrə və çağırışlara toxunublar, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə aparılan danışıqların hazırkı vəziyyətini müzakirə ediblər.


Sarqsyan və Patruşev xüsusilə Rusiya sərhədçilərinin qoruduğu Ermənistanın Türkiyə və İranla olan dövlət sərhədində təhlükəsizliyin yüksəldilməsi ilə bağlı aparılan işlərin gedişini müzakirə ediblər, keçid məntəqələrinin müasirləşdirilməsi və yenidən təchizatı məsələlərini nəzərdən keçiriblər.

Səfərin yekunlarına dair protokol imzalanacaq.

Sizin Reklam Yeriniz