Əlaqə Arxiv
news Image
2013.06.24
12:42
| A A A
Bakıda Cənubi Koreya və Azərbaycanın hakim partiyaları arasında görüş keçirilib

Cənubi Koreya Respublikasının hakim Senuri Partiyasının nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

 

Mövqe.az-ın məlumatına görə, Cənubi Koreya Milli Assambleyasının (parlament) üzvü, Məhkəmə sistemində islahat üzrə Xüsusi Komitənin sədri Yoo Ki Yunenin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini - icra katibi, deputat Əli Əhmədovla görüb.

 

Ə.Əhmədov qonaqlara 2010-cu ildə iki partiya arasında imzalanan memorandumu xatırladaraq, onun töhfələrindən danışıb: "Hesab edirəm ki, bu səfər partiyalar arasında inkişafa öz töhfəsini verəcək".

 

Ə.Əhmədov deyib ki, partiyalararası fikir mübadiləsi də iki ölkənin əməkdaşlığına da öz töhfəsini verir: "Hesab edirik ki, ölkələrimiz arasında əməkdaşlıq partiyalararası münasibətlərin genişlənməsinə də zəmin yaradır. Güman edirəm ki, Azərbaycanda keçirəcəyiniz görüşlər bu münasibətlərin inkişafına dəstək olacaq".

 

Y.K.Yunen isə bildirib ki, 3 il əvvəl iki partiya arasında imzalanmış memorandum ölkələrarası münasibətlərin inkişafında əhəmiyyət rol oynayıb. O, partiyalarar və iki ölkə arasında münasibətlərin daha da güclənməsinin vacibliyindən danışıb: "Biz İlham Əliyevin prezidentliyə namizədliyini müsbət qarşılayırıq və düşünürük ki, onun yenidən prezident seçilməsi Azərbaycanın daha bir inkişaf mərhələsinə keçməsinə zəmin yaradacaq".

 

Görüşün davamı mətbuata qapalı keçirilib.

 

Görüşdə YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı da iştirak edib.


Sizin Reklam Yeriniz