Əlaqə Arxiv
news Image
2013.06.24
13:00
| A A A
AŞPA-nın yay sessiyası öz işinə başlayıb

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayır.


Mövqe.az-ın verdiyi məlumata görə, sessiya çərçivəsində AŞPA Bürosunun və Daimi Komitəsinin hesabatının dinlənilməsi, Bolqarıstanda keçirilmiş növbədənkənar parlament seçkiləri,

korrupsiya ilə mübarizə, Yaxın Şərqdə vəziyyət, tibbi xidmətlərdən bərabərhüquqlu istifadə və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.


Sessiya çərçivəsində bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın çıxışı nəzərdə tutulub. Avropa Parlamentinin prezidenti Martin Şults isə iyunun 25-də çıxış edəcək.


Assambleyanın, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə İslandiya, Litva və Slovakiya Respublikasından hakimlər seçməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 28-nə kimi davam edəcək.

Sizin Reklam Yeriniz