Əlaqə Arxiv
news Image
2020.02.06
10:39
| A A A
Beş ölkənin XİN başçısı Bakıda iclas keçirir

Bu gün Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası keçiriləcək.

Mövqe.az xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan xarici işlər nazirləri iştirak edəcəklər.

Qeyd edək ki, TDƏŞ müasir türk dövlətlərini birləşdirən beynəlxalq təşkilatdır. Onun əsas məqsədi üzv ölkələr arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilat 2009-cu il oktybarın 3-də Naxçıvan şəhərində yaradılıb. Hazırda şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

Sizin Reklam Yeriniz