Əlaqə Arxiv
news Image
2020.02.06
13:48
| A A A
Parlament seçkilərində iştirak edən namizədlərin 22,58 faizi qadınlardır - Rekord

Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 5 milyon 238 min seçici qeydiyyatdan keçib və bu seçicilər 125 dairə üzrə paylaşılır.

Mövqe.az-ın məlumatına əsasən, bu barədə bu gün keçirilən mətbuat konfransında Resurs Analitik İnformasiya mərkəzinin sədri Rasim Quliyev bildirib.

Sədr qeyd edib ki, müstəqillik dövrümüzdə keçirilən seçkilər bir daha Azərbaycanda seçki mədəniyyətinin formalaşdığını göstərir:

“Bu illər ərzində keçirilən seçkilərdə olan seçici aktivliyi də bunun bariz nümunəsidir. Belə ki, 2005-ci ildə keçirilən seçkilərdə - 42 faiz, 2010-cu ildə - 46 faiz, 2015-ci ildə isə 55 faiz seçici aktivliyi müşahidə olunub. Keçən il dekabrda keçirilən bələdiyyə seçkilərində isə 32,2 faiz seçici aktivliyi qeyd olunub. Bu, təsisatların özünə seçicilərin münasibətinin fərqli olmasından qaynaqlanır. Çünki Prezident seçkilərində seçici aktivliyi 80% faizdən çox olub”.

R. Quliyev vurğulayıb ki, parlament seçkilərində iştirak edən namizədlərin 22,58 faizi qadınlardır: “Bu göstərici ilk dəfə rekord həddə qeydə alınır”.

Sizin Reklam Yeriniz