Əlaqə Arxiv
news Image
2020.02.12
08:46
| A A A
Azərbaycan reallığına qara şüşədən baxanlar
ATƏT-in müşahidə missiyası ikili standartları adət etdikləri siyasətin məhək daşıdır

Azərbaycan islahatlar ölkəsidir. Bu artıq beynəlxalq aləmdə aksiomadır. İnkişafın başlıca amili də bununla bağlıdır. Ölkə sürətlə dəyişilir və dəyişildikcə də inkişaf sürətini artırır. Builki parlament seçkisinin də ən böyük əhəmiyyəti islahatların gur vaxtında deputat korpusunun cavanlaşması, daha çevik və enerjili, islahatların xarakteri ilə ayaqlaşmağı bacaran insanların qanunvericilik missiyasına cəlb edilməsidir. Təsadüfi deyil ki, bu siyasət seçkilərin gedaşatında özünü qabarıq göstərdi və keçmiş deputatların çoxu cəsarət edib namizədliyini irəli sürmədi.

Seçkilərə qoşulmuş namizədlərin çoxluğu bir faktı təsdiq etdi ki, xalq ölkədə aparılan demokratik quruculuq prosesinin bəhrəsini görür, bu prosesə böyük inam bəsləyir və seçkilərin ədalətli olmasına inamı var. Yəni, valq öz ölkəsində baş verən müsbət-mənfi nə varsa, hamısını görür və mahiyyətini dəqiq anlayır. Namizədlərin çoxluğu da bununla bağlı idi.

Seçki bitdi. Seçicilər layiqli bildikləri insanlara səs verdilər. Beynəlxalq müşahidəçilərin əksəriyyəti bu siyasi tədbirin şəffaf və ədalətli baş tutması barədə bəyanatlar səsləndirdilər. Yalnız ATƏT-in Beynəlxalq Monitorinq Missiyası zərərli vərdişlərindən yaxa qurtara bilməyərək adəti üzrə, belə demək mümkünsə, gözlərinə qoruyucu yox, həqiqəti qara göstərən eynək taxaraq, faktları saxtalaşdırmaqla hesabat hazırlayıb. Hər dairədə 15-18 namizədin olmasına baxmayaraq, hesabatda qeyd edilir ki, böyük sayda namizədin iştirakına baxmayaraq, 9 fevral 2020-ci il tarixində Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri həqiqi rəqabətin qarşısını alan məhdudlaşdırıcı qanunvericik və siyasi mühitdə baş tutmuşdur: “Bir neçə potensial namizədə iştirak etmək imkanı verilməmiş, lakin ümumilikdə namizədlərin qeydiyyat prosesi əhatəli olmuşdur. Real siyasi müzakirə mühitinin olmaması səbəbindən seçicilərə tutarlı seçim imkanı verilməmişdir. Bir çox namizəd, seçicilərə çıxış vasitəsi kimi sosial mediadan istifadə etmiş, lakin bu, ənənəvi kütləvi informasiya vasitələrində təbliğat-təşviqatın aparılmasını əvəzləmir. Seçicilərə, namizədlərə və onların nümayəndələrinə təzyiq halları müşahidə edilmişdir”.

Belə çıxır ki, ATƏT-in istədikləri şəxslərin namizəd olmalıymış ki, onların hesabatı da qərəzli olmasın. Amma bu istəyin özü qərəzlidir və ikili standartların məhək daşıdır. Çünki, avropalılar öz tərzlərini bütün dünya üçün nümunə sayır və hamını məcbur etməyə çalışırlar ki, onların dedikləri ilə oturub-dursunlar. Azərbaycan əz iqtisadi və siyasi həyatı, xalqının mənəvi dəyərləri  ilə dünyada nümunəvi model kimi qəbul edilirsə, onda niyə seçib-seçilmək məsələsində prosesin mahiyyətini kənara atıb, hansısa tək-tük sapmaları şişirdib ciddi tənqidə məruz qoymağa çalışırlar. Bu, birinci dəfə olsa idi, diqqət yetirməmək olardı. Lakin hər dəfə təkrar olunan eyni münasibət dözülməzdir və bu, ATƏT-in özünün nüfuzuna xələl gətirir.

İndi haqlı suallar meydana gəlir: Əgər ATƏT-in monitorinq qripu həqiqət aşiqidisə, onda nə üçün Ermənistanda baş verən proseslərə düzgün qiymət vermir? Hazırda Nikol Paşinyan hökuməti zorla referendum keçirib konstitusiyada hakimiyyətə sərf edən dəyişiklilər etmək istəyir. Proses açıq gedir və erməni ekspertlərin, politoloqların əksəriyyəti buna qarşı çıxır. Hətta 1539 hüquqşünasın prezidentə göndərdiyi məktuba məhəl qoymayan Ermənistanın dövlət başçısı ictimaiyyətin əksinə olduğu məsələyə qol qoyub. Bəs, ATƏT-in Beynəlxalq Monitorunq Qrupu niyə susur? Bəlkə dini təəssübkeşliləri yaxud Azərbaycana qarşı qərəzli münasibətlərinə görə Azərbaycan torpaqlarını işğal edən ölkəyə isti münasibət bəslənilir?! Yeri gəlmişkən, torpaqlarımızın işğalı böyük bir regionda yaşayan seçicilərimizin hüquqlarının kobud surətdə pozulması deməkdir. Ötən 30 ildə heş olmasa bircə dəfə monitorinq qrupu ermənilərin bu əməlinə siyasi qiymət veribmi? Yaxşı olar ki, ATƏT müşahidəçiləri əvvəlcə görməli olduqları, amma görmədikləri bu işlərin hesabatını hazırlasınlar, işğalçıya qarşı müvafiq tədbirlər görsünklər, sanksiya tətbiq etsinlər, ondan sonra Azərbaycandakı seçkiləri qiymətləndirsinlər. İkili standartlar Avropanın məhək daşı olmaqla yanaşı həm də utanc yeridir.

N.NOVRUZ

Sizin Reklam Yeriniz