Əlaqə Arxiv
news Image
2020.02.17
13:37
| A A A
Ayaz Mütəllibov Nikol Paşinyanın ittihamlarını əsassız adlandırıb

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycan Televiziyasının "Həftə" proqramına müsahibəsində cavab verib.

Mövqe.az-ın məlumatına görə, A.Mütəllibov N.Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Xocalı soyqırımı ilə bağlı danışarkən, Azərbaycanın eks prezidentinə “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyi ilə bağlı iddiasını əsassız adlandırıb: 

“Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı. Hansısa jurnalistin nə vaxtsa “Arqumenti i Faktı” qəzetində nəsə deməsi, mənim haqqımda danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münhen Konfransı səviyyəsində. Lakin Azərbaycan Prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccüblüdür və bu, yolverilməzdir”.

 

Sizin Reklam Yeriniz