Əlaqə Arxiv
news Image
2020.02.18
17:12
| A A A
Baş prokurorluqda daha bir kadr dəyişikliyi oldu

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi, baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Trend-in məlumatına görə, bu barədə Baş prokurorluğun veb saytının müvafiq bölməsində məlumatlar yenilənib.

Baş Prokurorluğun Mətbuat Xidməti Mövqe.az-a faktı təsdiqləyib.
Qeyd edək ki, Baş İdarənin Rəis Müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb.

O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.

Sizin Reklam Yeriniz