Əlaqə Arxiv
news Image
2012.05.11
12:38
| A A A
Putindən ABŞ-a ilk həmlə

Movqe.Az xəbər verir ki, Rusiyada yenidən prezident seçilən Putin, ABŞ-da Obama tərəfindən təşkil olunacaq "G-8" in (Böyük Səkkizlik) zirvə görüşündə iştirak etməyəcək. Bu haqda xəbəri Putin şəxsən telefon vasitəsilə Obamaya deyib. Putin yeni Rusiya hökümət kabinetini yaratmaqla məşğul olduğu üçün Böyük Səkkizliyin zirvə görüşünə Baş Nazir Medvedyevin qatılacağını deyib.

Dünya mediası bu hərəkəti etməklə Putinin ABŞ-a qarşı çıxdığına diqqət çəkib. Çünki Putin prezident seçkiləri əsnasında müxalifətin hazırladığı mitinqin ABŞ dövlət katibi Hillari Klintonun təsiriylə başlandığını və Amerika fondları tərəfindən buna yüz milyonlarla dollar ayrıldığını demişdi.

Əfqanə Məzahirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz