Əlaqə Arxiv
news Image
2020.02.25
11:16
| A A A
Ərdoğan: “Azərbaycanın inkişafına fayda verməyə davam edəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.

Mövqe.az xəbər verir ki, o, jurnalistlərin səfərlə bağlı suallarını cavablandırıb.

“Ölkəmizin Azərbaycanda qoyduğu sərmayələr 11 milyard ABŞ dollarına çatır. Azərbaycanın ölkəmizdəki investisiyasının bu ilin sonunadək 20 milyard ABŞ dollarına çatacağını gözləyirik. Azərbaycanın inkişafına bundan sonra da fayda verməyə davam edəcəyik”, - R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci Toplantısı” ilə əlaqədar bu gün Azərbaycana rəsmi səfər edəcək.

Şura toplantısında Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsinin olacağı güman edilir. Bundan başqa, səfər çərçivəsində müxtəlif anlaşma və sazişlərin imzalanması gözlənilir. 

Sizin Reklam Yeriniz