Əlaqə Arxiv
news Image
2020.02.25
17:33
| A A A
MSK daha 2 məntəqədə seçkilərin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 110 saylı Zaqatala seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Mövqe.az-ın məlumatına görə, daxil olan müraciətdə seçki günü həmin dairədə qanun pozuntularına yol verildiyini bildirilib.

MSK üzvü Baxşeyiş Əsgərov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular yalnız 24 və 26 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Sizin Reklam Yeriniz