Əlaqə Arxiv
news Image
2020.02.29
10:28
| A A A
Yaxın Şərqdəki vəziyyət Türk dünyasının birliyini zəruriləşdirir
Türkiyənin bölgədə sıxışdırılması siyasəti iflasa uğrayacaq

Beynəlxalq aləmdə Yaxın Şərqin nüfuz üzrə bölüşdürülməsi uğrunda mübarizə kəskinləşir. Bir neçə il ərzində Suriyada vəziyyətə nəzarət edən Türkiyə-Rusiya tandemi arasında ciddi çatlar əmələ gəlib. Halbuki bu tandemin birliyi ölkənin var-dövlətini sorub aparan Qərbin mövqelərinin xeyli dərəcədə zəifləməsində əhəmiyyətli rol oynamışdı. Ötən ildən etibarən Suriyada vəziyyət sürətlə normallaşmağa doğru gedirdi. Amma proses başa çatmamış yenidən gərginlik artdı və artıq bu gün Türkiyə ilə Rusiya müharibə meydanında üz-üzə gəlirlər.

İndi dünyanın yeni düzəni barədə fikirlər tez-tez təkrarlanır. Lakin düzənin dəyişməsi prosesi tort kəsmək deyil, nəhəng qüvvələrin toqquşması, mənafelərin bir tərəfdən itirilməsi, digər tərəfdən qazanılması və sonucda iri regionlarda nüfuz sahibi olmaq deməkdir. İndiyə qədər zəif dövlətlərin var-dövləti hesabına özlərinə təmtəraqlı həyat təmin etmiş ölkələrdən hansı biri özxoşuna mövqeyini əldən verər? Təbii ki, heç biri. Ancaq bu prosesdə digər daha mühüm aspektlər də var: təhlükəsizlik! Məsələn, bu sarıdan Türkiyənin vəziyyəti heç də qibtəediləsi deyil. Çünki, vaxtilə böyük imperiyanın varisi olan bu ölkəni sıxışdırmaq arzusunda olanlar çoxdur.

Türkiyənin parçalanması yolu ilə zəiflədilərək sıradan çıxarılması bu günün söhbəıti deyil. Bu məqsədlə kürd problemi, dövlət çevrilişi, demokratiya oyunları qurmaq kimi çoxsaylı cəhdlər olsa da həmin qüvvələr son anda böyük türk ruhu qarşısında məğlub olub, niyyətlərinə çata bilməyiblər. Suriyada da hazırda türklərlə rusların üz-üzə qoyulması həmin siyasətə qulluq edir və yeni dünya düzəni yolunda gedən mübarizənin növbəti raundu sayıla bilər.

Vəziyəti gərginləşdirən amillər sırasında nəvar: İlk növbədə, nu, Türkiyənin Aralıq dənizində karbohidrogen axtarışlarını intensivləşdirməsi və Liviyanın qanuni hökuməti ilə yaxınlaşma prosesinə başlamasıdır. Opponentləri, o cümlədən Rusiya Türkiyənin Afrika qitəsinin şimalında möhkəmlənməsinə razı ola bilmirlər. Çünki, özlərinin də bu regionda maraqları böyükdür. Ankara strateqləri perspektivdə bu siyasətin onlara nə gətirə biləcəyinin fərqindədirlər. Çünki, Türkiyə əvvəlcə nüfuz baxımından mühasirəyə deşə bilər. Belə bir vəziyyət isə köhnə olanların işə düşməsi və “kürd açılımı” adı ilə saxta iddialara qurban verilər. Buna görə də dövlətin nüfuz dairəsi genişlənməli, qonşu dövlətlərlə sülh və qarşılıqlı təhlükəsizlik sədaqəti əsasında əlaqələr inkişaf etdirilməlidir. Bunun üçünsə Türkiyə prezidenti R.T.Ərdoğan hazırkı dolaşıq vəziyyəti hamı üçün məqbul sayıla biləcək problemsiz situasiyaya çevirməyə çalışır. Yəni, Aralıq dənizi regionunda Qərblə, Suriyada isə Rusiya ilə əməkdaşlıq etmək siyasəti yürüdür.  Buna görə də Ərdoğan martın 5-də Putinlə planlaşdırdığı görüşə Fransa və Almaniya rəhbərlərini də dəvət edib. Rusiya isə bununla razılaşmaq fikrində deyil. O da öz növbəsində Aralıq dənizi akvatoriyasında Qərblə, Suriyada Türkiyə ilə razılığa gəlmək fikrindədir. Təsadüfi deyil ki, Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Avropa ölkələrinin belə bir görüşə dəvət olunmalarını anlamadıqlarını nəzərə çatdırıb.

İndi Kreml Suriya prezidenti Bəşər Əsədi Türkiyəyə qarşı döyüşə ruhlandırmaqla Ərdoğanı güzəştə məcbur etmək istəyir. Bundan istifadə edən ABŞ prezidenti Donald Tramp Türkiyəyə dəstək adı ilə aranı qışızdırıb, hər iki rəqibini-Türkiyə və Rusiyanı açıq qarşıdurmaya sövq edib zəiflətməyə çalışır. Suriyada isə döyüşlər qızışır. Türkiyə prezidenti fevralın 29-nu əvvəlcə razılaşdırılmış mövqelərdən Suriyanın hökumət qoşunlarının çəkilməsi üçün Bəşər Əsədə son vaxt təyin edib. Əgər Suriya prezidenti tələbə məhəl qoymasa, Türkiyə-Suriya müharibəsi qaçılmazdır. Suriya tərəfdən müharibədə rus hərbçilərinin iştirakı da artıq açıq faktdır. İş burasındadır ki, indiyədək əldə edilmiş uğurlar havayı başa gəlməyib. Sabitliyin yaranmasına canlı qüvvə itirməklə yanaşı milyardlarla dollar vəsait xərclənib, müharibələr nəticəsində qaçqın düşən milyonlarla insanı ilk qarşılayıb təkbaşına zəruri yaşayış şərtləri ilə təmin edən Türkiyə olub. Bu hesabdan geri çəkilmək əslində məğlub olmaq deməkdir. Digər tərəfdən türklərin geri çəkilmək imkanları yoxdur. Ona görə ki, öz sərhədləri ətrafında yerləşən qonşu dövlətlərlə münasibətlər qurur. Başqaları isə Türkiyə başı üzərindən gəlib regionda ağalıq etmək istəyirlər.

Yaranmış bu şərait göstərir ki, həm geosiyasət, həm də tarixilik baxımından Türkiyə hazırda üz-üzə qaldığı dövlətlərlə münasibətdə həmişə ehtiyatlı davranmalıdır. Göründüyü kimi, etibar yoxdur. Ancaq tək qalmaq ehtimalı da təhlükəlidir. Düzdür, Türkiyənin də müttəfiqləri az deyil. Bu, ilk növbədə Türkdilli Dövlətlər Birliyi Şurasıdır. Bu birlik indi heç vaxt olmadığı qədər zəruridir. Bildiyimiz kimi, şuraya hazırda Azərbaycan sədrlik edir və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Azərbaycana etdiyi səfər, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, iki ölkə arasında imzalanan sənədlər iki qardaş ölkənin etibarlı münasibətlərinin nə qədər yüksək səviyyədə  olduğunu göstərdi. Şünhəsiz, digər türk dövlətləri də birlik öhdəliklərinə ölkələrimiz qədər sadiqdirlər. Türkiyənin Pakistan respublikası, Qətər dövləti, Macarıstan Respublikası ilə tarixi qardaşlıq əlaqələri də beynəlxalq aləmdə öz etbarlılığı ilə seçilən münasibətlərdir.

Siyasi ekspertlər və hərbi mütəxəssislər Suriyada müharibənin başlayacağı təqdirdə ikili yanaşma sərgiləyirlər. Rus ekspertlərin bəziləri ümid edirlər ki, Türkiyənin müharibə aparmağa pulu yoxdur. Deyəsən, Kreml də bu amili əsas götürərək cəsarətlənib. Digərləri isə Rusiyanın Türkiyəyə qarşı çıxmasını səhv addım sayır və nə qədər gec deyil geri çəkilməyi məsləhət görürlər. Nikbinlər unudurlar ki, bu gün Rusiyaya düşmən olanlar dərhal Türkiyəyə dayaq olacaqlar.

Türkiyə dövləti isə öz qüvvəsinə inanır. O, geri çəkilə bilməz və çəkilməyəcək. Çünki, bu savaşda ən güclü qüvvə Suriya xalqının və qanunmi Liviya hökumətinin Türkiyəni dəstəkləməsidir. Bu qüvvələr tükənməzdir, hətta müvəqqəti məğlub olsalar belə. Yəni, əvvəl-axır yaxın Şərq problemi yalnız Türkiyənin həlledici səviyyədə iştirakı ilə yoluna qoyulacaq.

N.NOVRUZ  

      

Sizin Reklam Yeriniz