Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının son iclası başlayıb.
Mövqe.az-ın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov gündəlikdəki məsələlərin bu sessiyada müzakirəyə çıxarılan son məsələlər olduğunu bildirib.
Daha sonra gündəlik müzakirəyə çıxarılıb. Gündəliyə 9 məsələ daxil edilib, bunların tam əksəriyyəti bir sıra şəhərlərdə apellyasiya məhkəmələrinə hakimlərin seçilməsidir.