Əlaqə Arxiv
news Image
2020.03.04
18:13
| A A A
“La Revue” jurnalında “Azərbaycan böyük dövlətlər arasında” kitabına dair məqalə dərc olunub

Sovetlərin iflasından sonra müstəqilliyini bərpa edən 3 Qafqaz respublikasından yalnız Azərbaycan onu əhatə edən hegemon ambisiyalı böyük dövlətlərlə bərabər məsafə saxlamağı bacardı. Ermənistan əli-qolu bağlı Rusiyaya tabe oldu, qərbpərəst macəraların qoynuna atılan Gürcüstanın yaraları hələ də sağalmayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransadakı səfirimizin fransız dilində dərc olunmuş “Azərbaycan böyük dövlətlər arasında” kitabına dair “La Revue” jurnalının geosiyasət rubrikasında dərc olunan “Qafqazda təsir oyunları” adlı məqalədə yazılıb.

Məqalədə səfirin kitabından sitatlar gətirilərək, bu əsərdə ölkəmizin tarixən keçdiyi keşməkeşli yollar haqqında məlumat verildiyi bildirilib. Zəngin neft və qaz ehtiyatlarının Azərbaycana qarşı daim qısqanclıq hissləri oyatdığı və bunun da ölkəmizə həmişə baha başa gəldiyi vurğulanıb. Məqalədə 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən Azərbaycanın üzləşdiyi müxtəlif çətinliklərdən də söz açılıb.

Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın dünyəvi və demokratik ölkə olduğu diqqətə çatdırılıb.

Sizin Reklam Yeriniz