Əlaqə Arxiv
news Image
2020.03.11
09:44
| A A A
Radikallar xalqdan tam təcrid olunur
Mais Səfərli: “Xalqdan uzaq düşmələri müxalifətin siyasi proseslərdə passiv olmasına gətirib çıxarıb”

 

Siyasi partiyalar məhz siyasi proseslərdə aktiv iştirak etmək, seçkilərə gedib daha yüksək nəticələr əldə etmək, qalib gələrək hökuməti qurmaq üçün yaradılır. Bu mənada yaranan hər bir siyasi təşkilatın ümdə işindən biri də siyasi proseslərdə aktiv iştirak etməkdən ibarətdir. Azərbaycan təcrübəsi göstərir ki, ölkəmizdə 50-dən çox siyasi təşkilat qeydiyyatdan keçsə də, yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) siyasi proseslərdə aktivlik göstərir.  Son seçkinin nəticələri də bunun təsdiqidir. Belə ki, hakim partiya 125 seçki dairəsinin 123-dən namizədlə çıxış edərək, Milli Məclisdə 74 yerlə təmsil olunub.

Digər partiyalara gəldikdə isə, yerdə qalan heç bir siyasi təşkilat siyasi proseslərdə aktiv deyil, əksinə passiv fəaliyyətlərilə seçilirlər. Azərbaycanda demokratik dəyərlərin oturuşması fonunda hər bir qeydiyyatdan keçən siyasi partiyaya özünü təbliğ etmək, cəmiyyətdə nüfuz, seçici rəğbətini qazanmaq üçün  hər cür şərait yaradılıb. Bu və ya digər siyasi məsələlər ətrafında tez-tez siyasi diskussiyalar keçirilir. Mitinqlər və digər aksiyaların keçirilməsi üçün yerlər müəyyənləşib. Qanuna müvafiq olaraq prezident, parlament və bələdiyyə seçkiləri keçirilir. Siyasi partiya təmsilçilərinin xalqla təmasda olması üçün bir sözlə hər bir lazımi şərait yaradılıb. Ancaq buna baxmayaraq, hələ də yalnız YAP siyasi proseslərdə aktiv olmaqda davam edir.

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, müxalifətin siyasi proseslərdə passiv olmasının kökündə xalqdan uzaq düşmələri, ona görə də onlardan dəstək almamaları dayanır: “Müxalifət partiyaları, xüsusən də onun radikal qanadı bu gün acınacaqlı durumdadır. Bu mənada da onların siyasi güc və fəaliyyətini hakim partiya olan YAP-la müqayisə etmək olmaz.  Siyasi proseslərə təsir və partiyanın özünün prosesdə fəallığı baxımından müxalifət partiyaları hakim partiya ilə müqayisəedilməz dərəcədə zəifdir. Müxalifət bu mənada siyasi proseslərdə də passivdir. Bu da bir sıra səbəblərdən qaynaqlanır. Müxalifət partiyaları, xüsusən də radikal qanad bu illər ərzində xalqla işləyə, onu öz tərəfinə çəkə bilmədi. Bunun da səbəbinin kökündə həmin radikal təfəkkürlü müxalif düşərgənin dövlət və milli maraqlardan çıxış etməməsi  dayanır. Hakim partiya isə bu mənada öz fəaliyyətində məhz dövlət və xalqın mənafeyini üstün tutduğundan cəmiyyətdə böyük nüfuz qazana bildi. Müxalif partiyalarda yenidənqurma işləri getməyib. Müxalifətdə siyasi fəaliyyət bir qrup adamın əlindədir ki, onlar da əsasən öz şəxsi maraqları namimə çalışır. Yəni müxalifət deyilən təşkilatlar hələ də fəaliyyətlərini keçən əsrin 90-cı illərin əvvəlləridə olan stildı qurub, müasir dövrün tələblərinə də bu səbəbdən cavab verə bilmirlər”.

M. Səfərli dedi ki, demokratik dəyərlərdən uzaqlaşmaları da müxalif təşkilatların siyasi proseslərdə passivliyinə gətirib çıxardı: “Müxalif təşkilatlar demokratik dəyərlərə hörmət etdiklərini bəyan etsələr də,  reallıqda təşkilatları sanki sovet dövrünün kommunist partiyasını xatırladır. Belədə müxalif təşkilatları dövlət quruculuğunda aparılan demokratik proseslərə uyğunlaşa bilmədi. Ayrı-ayrı şəxslərin ətrafında yarandıqları kimi, indi də o şəxslərin maraqlarına xidmət etməkdə davam edirlər. Nəticədə müxalit təşkilatlar siyasi fəaliyyətdən kənar düşdü. Belədə elektorat da müxalif düşərgədə demokratizmə uyğun olmayan proseslər getdiyindən onlardan uzaqlaşdı.

Digər tərəfdən, müxaliflər cəmiyyətin inkişafına nail olmaq üçün hər hansı bir proqram, layihə ilə çıxış edə bilmir. Başlıcası cəmiyyətə yeni mesajlar verə bilmirdilər.  İşləri gücləri ancaq və ancaq hakimiyyətin gördüyü işlərə qara yaxmaqdan ibarət olub.  Bütün bunların fonunda əsrin əvvəllərindən bu partiyaların olan-qalan strukturları da dağıldı və onlar iflasa uğradılar. Müxalifət düşərgəsində dərinləşməkdə davam edən iflas və deqradasiya prosesi gedir. Müxalifət yenilənməyincə, müasir dövrün tələblərinə uyğun qurulmayınca, o daha dərin uçuruma düşməkdə davam edəcək”.

Partiya sədri bildirdi ki, YAP-ın siyasi proseslərdə aktiv olması isə onun görkəmli siyasətçi, ulu öndər Heydər Əliyev tərəfindən yaradılıması və indiki halda Prezident İlham Əliyevin apardığı siyasəti xalqın mütləq əksəriyyətinin dəstəkləməsilə bağlıdır: “Bu partiya İlham Əliyevin rəhbərliyilə bu gün ölkə və dünya miqyasında böyük nəticələrə imza atıb.  Məhz hakim partiya və onun rəhbərlərinin gördüyü işlərin nəticəsidir ki, bu gün Azərbaycan bir dövlət olaraq dünyada tanınır. Dünya ölkələri Azərbaycanla hesablaşır. Daxildə isə xalqın rifah halının yüksəldilməsi istiqamətində görülən işlər nəticə etibarı ilə YAP-ın cəmiyyətdəki mövqeyinin daha da yüksəlməsinə gətirib çıxarıb. İnsanlarımızın bu partiyaya etibarı dəfələrlə artıb. Bütün bunları da hakim partiya məhz siyasi proseslərdə aktiv iştirak etməsilə, xalqın və dövlətin mənafeyini şəxsi mənafedən üstün tutması nəticəsində qazanıb. Ona görə də seçicilər YAP-a dəstək verir”.

R. SOLTANOV

Sizin Reklam Yeriniz