Əlaqə Arxiv
news Image
2020.03.17
08:40
| A A A
Tarixdən “tarix” düzəldən ermənilər özlərini çətin duruma salır
Yer adlarını dəyişərək “özününküləşdirmək” tarix deyil, oğurluqdur

Biz ermənilərin saxtakarlıqları barədə kifayət qədər zəngin materiallara malikik. Köhnə sover dövründə də, indi də tarixi mənbələrdə alimlər hələ də erməni dövlətçiliyinə aid sanballı bir elmi mənbəyə rast gəlməyiblər. Rast gəlinən isə başqa dövlətlərə aid olan xüsusiyyətlərin, yazılı abidələrin ermənilərin adına çıxılmasıdır. Bu xalqın nə yazısı, nə torpağı özünündür, nə də yazıb dövriyyəyə buraxdıqları tarixləri.

Altinçı çağırış Milli Məclisin iclasındakı nitqində Azərbaycan Prezidenti İlham Əliyev ermənilərin saxtakarlıqları barədə deyib: “Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində, onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar. Mən Münxendə Kürəkçay sülh müqaviləsi haqqında deyəndən sonra bilirəm ki, Ermənistanda indi bu müqaviləni əzbərləyirlər. Orada açıq-aydın göstərilir ki, bu müqaviləni kim bağlayıb, nə vaxt bağlayıb və erməni xalqı haqqında orada ümumiyyətlə, söhbət belə getmir. Bir tərəfdən Rusiya generalı Sisianov, bir tərəfdən İbrahim xan, özü də rusca yazılmışdır İbrahim xan “Karabaxski Şuşinski”. Bax, budur real tarix”.

Dövlət başçısının dedikləri böyük həqiqəti əks etdirir. Bu sözləri dinləyəndə 10 il əvvəl Avropa Şurasının prezidenti olmuş Terri Devisin Azərbaycana səfəri zamanı ona anladılan həqiqətin təsiri yada düşür. O vaxt Azərbaycan tarixçilərinin ermənilərin Cənubi Qafqazda yeri olmadığını sübut edən tarixi mənbələri T.Devisə göstərməsi, AŞ sədrində sual doğurmuşdu: deyin, görək, bu mənbələrin müəllifləri arasında heç olmasa bir cə nəfər xarici müəllif var? Bizimkilər isə təəccüblə bildirmişdilər ki, sizə təqdim olunan 38 müəllifdən yalnız biri azərbaycanlıdır, qalanları isə ingilis, rus, fransız, alman, gürcqü və başqalarıdır. Hətta içəriləırində erməni olanlar da var. T.Devis isə Avropaya qayıdandan sonra bu məsələlərlə əlaqədar həqiqətə yaxın bəyanat səsləndirmişdi. Çünki, həqiqətin çevirmədiyi üz yoxdur.

Bu yaxınlarda muzeylərin açılışı zamanı əski xəritələrlə tanış olan Prezident İlham Əliyev bir məsələyə də irad tutmuşdu ki, artıq qədim və yeni tarixi xəritələrin hamısında Azərbayvan yer adları öz dilimizdə verilsin. Çünki, zaman-zaman ermənilərin əlaltdan etdikləri saxtakarlıqlar sayəsində yüzlərlə yaşayış məskəınlərinin dilimizə aid adları dəyişdirilərək erməniləşdirilib. Bu, əslində saxtakarlıq yolu ilə Azərbaycan tarixindən Ermənistan tarixi yaratmaq deməkdir.

Coğrafi adlar sahəsində respublikamızda kifayət qədər hüquqi baza mövcuddur, amma təəssüflər olsun ki, bu qanun və qaydalar Azərbaycan dövlətinin iradəsindən asılı olmayaraq, onun ərazisinin beşdə bir hissəsinə, daha doğrusu, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf yeddi rayonun ərazisinə şamil oluna bilmir. İşğal faktoru, xüsusilə  coğrafi obyektlərin, o cümlədən yaşayış məskənlərinin  adlarının qorunması ilə bağlı həmin qanunların müvafiq bəndlərinin icrasını mümkünsüz edir. Belə ki, "Coğrafi obyektlərin adları haqqında” Qanunun 9.2-ci bəndində  "Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adlarının təhrif olunmasına yol verilmir” və 9.3-cü bəndində "Azərbaycan Respublikasının ərazisində yerləşən coğrafi obyektlərin adları dövlət tərəfindən mühafizə olunur” fikrini təsdiqləyən ciddi müddəalar mövcuddur. Həmçinin, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun 14.1.-ci maddəsində deyilir:  "Azərbaycan Respublikasında yerləşən ərazi vahidlərinin və inzibati ərazi dairələrinin adları və sərhədləri Azərbaycan xalqının tarixi və mədəni irsinin tərkib hissəsi olmaqla dövlət tərəfindən qorunur”. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov açıqlayıb ki, ermənilər tarixi Azərbaycan ərazisində olan 112 yaşayış məntəqəsinin adını dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə isə ermənilər qədim dövrdən indiyədək qədim Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində olan 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər: “Ermənilər Azərbaycan toponimlərinə sanki hücum ediblər. Bir misal deyim ki, hazırda Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Lakin 1847-ci ildə ruslar tərəfindən Tiflisdə Əlahiddə Qafqaz korpusunun Baş Qərargahında 1:420 000 miqyasında “Кавказскаго края” adlı xəritə hazırlanıb ki, həmin xəritədə bu kəndin adı açıq-aydın Nəsirabad yazılıb”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in yenidən tarix və demokratiya məsələlərində bu günlərdə Azərbaycana qarşı ittihamlarla bağlı açıqlamasına münasibət bildirərək deyib: “Ermənistan tərəfinin tarix və demokratiya məsələlərində Azərbaycana qarşı hər hansı iddia irəli sürməyə heç bir əsası yoxdur. Bu, utanmazlığın və ikiüzlülüyün yüksək həddidir. Silahlı təcavüz və qanlı etnik təmizləmə həyata keçirərək on illər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdəbirini işğal altında saxlayan, vicdanında Xocalı qətliamı da daxil olmaqla, on minlərlə günahsız mülki şəxsin ölümü və yüz minlərlə insanın viran edilmiş taleyi olan, öz evlərindən zorla didərgin salınmış insanların doğma torpaqlarına geri qayıtmalarına imkan verməyən bir ölkənin demokratiya və insan hüquqlarından danışmağa nə mənəvi, nə də hüquqi əsası var. Ermənistanın beynəlxalq humanitar hüququn əsas normalarını və çoxsaylı beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğu, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinin vacibliyi beynəlxalq ictimaiyyətə yaxşı bəllidir”.
N.NOVRUZ

Sizin Reklam Yeriniz