Əlaqə Arxiv
news Image
2020.03.22
13:30
| A A A
"Cənab Prezident daha bir nümunəvi addım ataraq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi, bu, bir daha Cənab Prezidentin Azərbaycan xalqının yanında olduğunu, bu virusla mübarizə məqsədilə bütün məsələləri diqqətdə saxladığını göstərir" - Deputat

"Bildiyiniz kimi bütün dünya Koronavirusla mübarizəyə səfərbər olunub. Qonşu dövlətlərlə müqayisədə ölkəmizdə vəziyyət sabit olsa da, bu, bizdə arxayınçılıq yaratmır, əksinə başda cənab Prezidentin şəxsi nəzarəti və diqqəti ilə vəziyyətin daha yaxşı olmasına çalışır, daha az itkilərlə dünyanı cənginə alan bu bəlanın öhdəsindən gəlməyə çalışırıq". Bu sözləri Mövqe.az-a bildirən Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov qeyd etdi ki, Azərbaycanda ilk gündən koronovirusa mübarizəyə qarşı mübarizədə adekvat və operativ qərarlar qəbul edildi. Prezident İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 milyon vəsait ayrılması və Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamlar imzaladı. Ötən gün Cənab Prezidentin daha bir nümunəvi addım ataraq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiyini vurğulayan deputat bildirdi ki, bu bir daha Cənab Prezidentin bütün taleyüklü məsələlərə olduğu kimi bu məsələyə də həssaslıqla yanaşdığını, Azərbaycan xalqının yanında olduğunu, bu virusla mübarizə məqsədilə bütün məsələləri diqqətdə saxladığını göstərir. Azərbaycan hökuməti əhalinin və sahibkarların zərər çəkməməsi, iqtisasiyyatın zəifləməməsi üçün bütün zəruri tədbirləri görür. Bütün iqtisadi və sosial layihələr uğurla icra olunacaq. Yuxarıda qeyd olunan sərəncamın imzalanmasında da əsas məqsəd budur. Azərbaycan dövləti ölkədə və xaricdə cərəyan edən hadisələrə adekvat və zamanında reaksiya verir. Dövlət əhalinin və iş adamlarının yanındadır və hər zaman yanlarında olacaq. Sonda Ceyhun müəllim əhaliyə, seçicilərinə müraciət edərək səsləndi ki, heç bir təşvişə və narahatçılığa əsas yoxdur. Bütün çətinliklərdən olduğu kimi bu sınaqdan da xalqımız üzüağ çıxacaq. Hər birimiz soyuqqanlı olmalı, hadisələrə təmkinlə yanaşmalı, əsassız məlumatlar yaymamalı, ictimai mənafeyi şəxsi mənafeydən üstün tutmalıyıq. 

Elnurə Abuşova
Sizin Reklam Yeriniz