Vətəndaş və İnkişaf Partiyasının (VİP) nəzdində yaradılan Bakı Kəndlər İcması (BKİ) Təşkilat Komitəsinin təsis toplantısı keçirilib. Mövqe.az-ın məlumatına görə, VİP qərargahında keçirilən yığıncaqda Bakı və Abşeronun 18 kəndindən nümayəndələr iştirak edib.
VİP sədri Əli Əliyevin də qatıldığı toplantıda partiyanın nəzdində BKİ-nin yaradılmasını zəruri edən səbəblər ətraflı izah olunub. Qeyd olunub ki, Bakı və Abşeronun kəndlərinin sosial-iqtisadi problemlərinin həlli, həmin məntəqələrdə milli-mənəvi dəyərlərin qorunub inkişaf etdirilməsi, eyni zamanda, kəndlərin sakinlərini ölkənin ictimai-siyasi həyatında iştirakının artırılmasının vacibliyi BKİ tipli qurumun aktuallığını daha da artırır.
Toplantı iştirakçıları BKİ-nin formalaşdırılmasına həqiqətən, ehtiyac olması haqda deyilənləri qəbul edərək, qurumun yaradılması prosesinin sürətləndirilməsini təklif ediblər. Qeyd olunları əsas götürən təmsilçilər BKİ-nin rəsmən təsis olunması istiqamətində zəruri işlərin görülməsi məqsədi ilə 11 nəfərdən ibarət Təşkilat Komitəsi formalaşdırılmasəınə qərara alıblar. Təşkilat Komitəsinin tərkibi səsvermə yolu ilə müəyyən edilib.
Qarşıdakı günlərdə BKİ Təşkilat Komitəsinin iclasının çağırılması və fəaliyyət planının müzakirə olunaraq qəbul edilməsi məqsədəuyğun sayılıb.