Əlaqə Arxiv
news Image
2020.04.01
22:44
| A A A
Ölkə rəhbərinin ətrafında sıx birləşib dünyaya meydan oxuyan virusa qalib gələcəyik
Bu gün bütün dünya pandemiya kimi qəbul olunan koronavirusdan əziyyət çəkir. Təəssüf ki, bu xəstəlik bizə də yayılıb. Ölkə rəhbərliyi tərəfindən bu virusla mübarizə üçün ilk olaraq yanvarın 24-də Operativ Qərərgah və Koronavirusa Dəstək Fondu yaradıldı. Koronavirusun ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün cənab prezident tərəfindən 1 milyard manat vəsait ayrıldı. İnsanlarımızın sağlamlığının qorunması cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva üçün hər zaman vacib məsələlərdən biri olub. Məhz buna görə cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bir illik əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna bağışladılar. Biz gənclər də çalışırıq ki, çətin günlərdə ölkə başçısının uğurlu siyasətinə dəstək olaq. Könüllü olaraq koronavirusun nə qədər təhlükəli ola biləcəyi ilə bağlı insanlarımız arasında maarifləndirmə işləri aparaq. Bütün vətəndaşlarımıza Operativ Qərərgahın qərarlarına etməklərini və şəxsi gigiyena qaydaları riayət etməklərini məsləhət görürəm. İnsanlarımız tək özləri üçün deyil, yaxınları və bütün cəmiyyətimiz üçün evdə qalsınlar. İnanıram ki, biz bu bəladan həmrəy olaraq tezliklə qurtulacağıq. Gənclər Mərkəzi İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə
Sizin Reklam Yeriniz