Əlaqə Arxiv
news Image
2012.05.11
20:16
| A A A
Həmsədrlər İrəvana gəlib
ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri başlayıb

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona növbəti səfəri başlayıb. ANS PRESS-in "Arminfo"ya istinadən yaydığı məlumata görə, həmsədrlər artıq İrəvana gəliblər.

Sabah vasitəçilər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Həmsədrlərin bu gün Azərbaycanın işğal altında olan ərazilərinə planlaşdırdığı səfər hava şəraiti səbəbilə baş tutmayıb.

Həmsədrlər mayın 13-də Bakıda gələcək və Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirəcək.

Sizin Reklam Yeriniz