Əlaqə Arxiv
news Image
2020.04.08
13:53
| A A A
Parlamentin sabahkı iclasına bəzi deputatlar qatılmayacaq

Milli Məclisin sabah – aprelin 9-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.

Mövqe.az-ın əldə etdiyi məlumata görə, parlamentin sabahkı iclasına yaşı 65-dən yuxarı olan deputatlar qatılmayacaq.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Report”a bildirib ki, yaşı 65-dən yuxarı deputatlar Azərbaycanda tətbiq olunan karantin rejiminin tələblərinə əməl edəcək:

“Bu baxımdan mən və yaşı 65-dən çox olan digər həmkarlarım sabahkı iclasda iştirak etməyəcəyik”.

Sizin Reklam Yeriniz