Əlaqə Arxiv
news Image
2020.04.10
12:08
| A A A
Milli Şura yenə xəyanət yolundadır
Ekspert: “Milli Şura mübarizəni konyuktur və korporativ maraqlara söykənərək aparır” Azərbaycanda pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində hökumət mühüm işlər görür. Ölkədə bununla bağlı olaraq karantin rejimi elan edilib. Qaydaları pozaraq insan həyatını təhlükəyə salan vətəndaşlara münasibətdə lazımi tədbirlər görülür. Koronavirusdan ziyan çəkən fərdlər və sahibkarlara dəstək istiqamətində də bir sıra addımlar atılıb. Bir sözlə, Azərbaycan hökuməti pandemiyanın təsirini azaltmaq üçün ciddi işlər həyata keçirir. Qabaqlayıcı tədbirlərin görülməsinin nəticəsidir ki, ölkəmizdə virus elə də geniş vüsət almayıb. Azərbaycan dövlətinin virusla mübarizədə yürütdüyü siyasət, hətta dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Amma hər zaman olduğu kimi, radikal müxalifət, Milli Şura öz ampulasından çıxış edərək pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində atılan addımlara ləkə salmağa, onu siyasiləşdirməyə, bundan çirkin məqsədləri naminə istifadə etməyə çalışır. Belə ki, prosesə dəstək vermək, təkliflərlə çıxış etmək əvəzinə bu qüvvələr mübarizə istiqamətində görülən işlərə kölgə salmaq cəhdlərindən belə çəkinmirlər. Bu azmış kimi, həmin qüvvələr digər vətəndaşlar kimi, karantin qaydalarına əməl etməyən üzvlərinə qarşı qanunun imkan verdiyi çərçivədə görülən inzibati tədbirləri belə siyasiləşdirərək, prosesdən "divident" qazanmağa çalışırlar. Politoloq Elşən Mirzəoğlunun fikrincə, Milli Şuranın pandemiya ilə mübarizə dövründə verdiyi açıqlamalar ölkədə xaos yaratmağa, əhalini narazı salmağa hesablanmış addımlardır: "Pandemiya ilə mübarizə tədbirləri ümumbəşəri əhəmiyyət və zərurət təşkil edir. Bu mənada Azərbaycan iqtidarının ölkəmizdə koronavirus pandemiyasına qarşı apardığı mübarizə tədbirləri təqdirəlayiqdir. Ölkədə karantin tədbirlərinin həyata keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların sayının müəyyənləşdirilərək, Prezidentin sərəncamı ilə onların sosial müdafiəsi istiqamətində atılan addımlar və onların icrası istiqamətində verilən qərarlar təbii ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti tərəfindən rəğbətlə qarşılanır. Düzdür, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da virusla aparılan mübarizə fonunda müəyyən probemlər də ortaya çıxıb. Məsələn, ilk dövrdə virusdan qorunmaq üçün tibbi maskaların çatışmamazlığı hiss olundu. Lakin hökumətimiz bu istiqamətdə də vaxtında operativ addım atmağı bacardı. Əhalinin maskalara olan ehtiyacını ödəmək, insanlarımızın sağlamlıq durumunu nəzərə alaraq, ölkə Prezidentinin rəhbərliyilə Sumqayıtda ilk zaman gündəlik hasilatın 125 mindən çox olacağı maska və digər dezinfeksiya istehsalı zavodu tikildi. Bu da karantin dövründə ölkə əhalisinin sağlamlığının qorunması istiqamətində atılan mühüm bir addım idi. Bütün bunların fonunda Milli Şuranın virusla mübarizəyə öz töhfəsini vermək əvəzinə, hər zaman olduğu kimi, araqarışdırmaqla məşğul olması cəmiyyətdə ciddi təəssüf doğurub. Bu da onu göstərir ki, Milli Şura mübarizəni sadəcə konyuktur və korporativ maraqlara söykənərək aparır. Həmin qüvvələr ümumi maraqlara xidmət etməkdən, çətin gündə birgə mübarizə aparmaqdan kifayət qədər uzaqdadırlar. Ölkə üçün belə təhlükəli, milli təhlükəsizliyimiz və əhalinin sağlamlığı üçün ciddi təhlükə yarandığı bir məqamda Milli Şura bu müstəvidə verdiyi bəyanatlar, açıqlamalar və dezinformasiya yaymaqla Azərbaycanda xaos yaratmağa, əhali arasında narazılıq yaratmağa çalışır. Bu addımları onu göstərir ki, həmin qüvvələr ölkədə hərc-mərcliyin yaranması, sabitliyin pozulmasında maraqlıdırlar və bu fonda Azərbaycanı istəməyən xarici qüvvələrin dəyirmanına su tökürlər. Bu mənada da radikal müxalifətin məlum hərəkətləri təəssüf doğurur. Amma onların xaos yaratmaq istiqamətində çabalar göstərməsinə rəğmən, Azərbaycan əhalisi iqtidarın ətrafında daha sıx birləşməkdə davam edir. İnsanlar ölkədə sabitliyin qorunması, əhalinin sosial müdafiəsi istiqamətində hakimiyyət tərəfindən atılan addımları dəstəkləyir. Bu mənada müxalifətin məlum kəsimi 25 il ərzində çalışaraq heç nəyə nail olmadığı kimi, onların belə bir çətin dönəmdə verdikləri qərəzli bəyanat və açıqlamalar da elə açıqlama və bəyanat olaraq qalacaq". R. SOLTANOV
Sizin Reklam Yeriniz