Əlaqə Arxiv
news Image
2020.04.13
17:17
| A A A
Naxçıvan Qarnizonu Qoşunlarında təlim başlayıb

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə komanda-qərargah təlimi başlayıb.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən birləşmə və hissələrin bölmələri cəmləşmə və döyüş təyinatı rayonlarına, atəş və start mövqelərinə çıxarılaraq ərazidə maskalanma, mühafizə və mühəndis təminatı üzrə tədbirləri yerinə yetirir.

Düşmənin kəşfiyyat-diversiya, hava hücumu, raket və artilleriya zərbələrinə qarşı şəxsi heyətin fəaliyyətləri məşq etdirilir.

İdarəetmənin təşkili üçün ərazidə dayaq və mobil radioqovşaqlar açılıb.

 

Sizin Reklam Yeriniz