Əlaqə Arxiv
news Image
2020.04.13
17:26
| A A A
Milli Məclisin iclasının gündəliyi məlum oldu

Milli Məclisin aprelin 17-də keçiriləcək iclasının gündəliyi məlum olub.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Mövqe.az-a bildirib ki, iclasın əvvəlində “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi” dinləniləcək.

İclasda həmçinin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna, “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məsəlləsinə, Miqrasiya Məcəlləsinə və digər qanunlara dəyişikliklər müzakirə ediləcək.

Ümumilkdə iclasın gündəliyinə 24 məsələ daxildir.

Sizin Reklam Yeriniz